Ermənistanda intihara cəhd halları 20 faiz artıb
Tarix: 22.02.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Rəsmi sənədlərə görə 2018-ci ildə Ermənistanın əhalisi 5600 nəfər azalıb

Bir müddət bundan əvvəl Paşinyan və onun komandası tərəfindən tərtib edilən 59 səhifəlik 5 illik iqtisadi inkişaf proqramı Ermənistan parlamentində təsdiq edildi. Qeyd edək ki, əksər erməni ekspertlər elə ilk gündən bu proqramın natamam bir sənəd olduğunu, burada miqrasiya ilə bağlı mexanizmin təmin edilmədiyini, yoxsulluq və işsizliyin aradan qaldırılması üçün hansı praktik addımların atılacağının aydın olmadığını bildirdilər. Ermənilərin «Lragir.am» saytına danışan demoqraf Artak Markosyanın dedikləri də bu qəbildəndir: «Hökumətin qəbul etdiyi yeni dövlət proqramında ölkədə doğum dərəcəsinin stimullaşdırılması, gənc ailələrə dəstək göstəriləcəyi qeyd edilib. Lakin proqramda bununla bağlı siyasət, inkişaf strategiyası, bunun həlli yolları göstərilmir. Bu gün Ermənistanı problemlərin çuğlaması danılmazdır, lakin Nikol Paşinyan parlamentdəki çıxışında bu problemlərə münasibət bildirməyib. Bu, mənə qəribə görünür. Belə görünür ki, Paşinyan hökuməti bu problemlərin tam dərinliyini hələ dərk etməyib. Anlaşılmalıdır ki, 2018-ci ildə Ermənistanın əhalisi 5600 nəfər azalıb.

“2017-ci illə müqayisədə 2018-ci ildə ölkədə 1200 az uşaq doğulub. Növbəti 10-12 il ərzində ölkədə ölüm hallarının artacağı istisna olunmur. Mən bunu Ermənistanda orta yaş həddinin 74 il olduğunu və bu gün ölkə əhalisinin əksəriyyətinin 50-60-cı illərdə doğulduğunu nəzərə alaraq iddia edirəm”.

Mən bunu əldə etdiyim rəsmi sənədə istinadən bildirirəm. Əgər qeyri-rəsmi yolla ölkədən gedənləri də nəzərə alsaq, təbii ki, bu kiçik bir ölkə üçün böyük göstəricidir. Ona görə də hökumət bu sahədə strategiyanı sürətləndirməli və bunun həlli yollarını təklif etməlidir. Çünki yubanmaq ölkənin gələcəyi üçün böyük fəsadlar yarada bilər. Son illər ölkədə doğum dərəcəsi xeyli aşağı düşməkdədir. Nümunə üçün bildirim ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ölkədə 1200 az uşaq doğulub. Doğrudur, bu ərəfədə ölkədəki ölüm hallarının səviyyəsi azalsa da, bu da ötəri xarakter daşıyır. Çünki növbəti 10-12 il ərzində ölkədə ölüm hallarının artacağı istisna olunmur. Mən bunu Ermənistanda orta yaş həddinin 74 il olduğunu və bu gün ölkə əhalisinin əksəriyyətinin 50-60-cı illərdə doğulduğunu nəzərə alaraq iddia edirəm».
Erməni demoqraf qarşıdakı illərdə Ermənistanda doğum səviyyəsinin kəskin şəkildə aşağı düşəcəyini bildirərkən, bunu gənclərin evliliyə meyilli olmaması ilə əlaqələndirir: «Bu davamiyyətlə bizi 7-8 il sonra depopulyasiya gözləyir, yəni ölkədə ölüm nisbəti doğum dərəcəsini aşacaq. Yeri gəlmişkən, bildirim ki, bu il Lori regionu tarixində ilk dəfə olaraq, ölüm nisbəti doğum nisbətini aşdı. Bu, gənclərin, xüsusən də 1990-cı illərdə doğulan nəsil nümayəndələrinin ailə qurmaq istəmədikləri ilə bağlıdır: ölkə kişiləri ölkədən qaçır, ölkədə qalan qızlar isə nikahsız qalırlar. Bu gün miqrasiya Ermənistanın qarşısıalınmaz ən ağrılı yeridir. Yeni hökumətin isə bu məsələyə dair strategiyası hələ də dəqiqləşdirilməyib. Əslinə qalanda, belə bir strategiya hələ ki, yoxdur. Doğrudur, əvvəlki illərdə belə bir strategiya mövcud olsa da, bu strategiyaların heç biri həyata keçirilmədi. İndi mən bunun nə ilə bağlı olduğunu söyləyə bilmərəm. Ancaq reallıq budur ki, bu gün miqrasiyanın kökündə ölkədəki sosial-iqtisadi vəziyyət dayanır. Etiraf edilməlidir ki, bu, Ermənistana böyük ziyanlar vurur. Çünki insanlar, ailələri də daxil olmaqla, yetkinlik yaşına çatmış uşaqları ilə birlikdə ölkədən gedirlər. Ona görə də hökumət tələsməlidir. Uçurum kənarında olduğunu başa düşməlidir. Mən strategiya barədə danışarkən, onun analiz olmadan yazılmasını da xatırlatmaq istərdim. Məsələn, sabiq prezident Serj Sarkisyanın 2040-cı ilə qədər erməni əhalisinin 4 milyona çatdıracağı barədə olan strategiyası araşdırılmadan yazılmışdı. Halbuki ciddi işlər ciddi araşdırmalara ehtiyac duyur. Əhali siyasətinin üç komponenti var: maliyyənin stimullaşdırılması, qanunvericiliyin təşviqi və təbliğat. Əgər bu komponentlər birləşdirilməsə, təbii ki, heç bir strategiya işləməyəcək».
Yeri gəlmişkən, qeyd edək ki, Ermənistanda miqrasiya ilə yanaşı, intiharların da sayı artmaqdadır: «…Ermənistanda intihar cəhdlərinin sayı il ərzində 20 faiz artıb». Qeyd edək ki, bunu «News.am» saytına ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Tiqran Sarkisyan bildirib. Onun sözlərinə görə, 2018-ci ildə 500-dən çox intihar cəhdinin 108-i ölümlə nəticələnib. İntiharların əksəriyyətinin 40-60 yaş arasında olan kişilər tərəfindən törədildiyini bildirən nazirlik əməkdaşı, bu göstəricinin qonşu ölkələrlə müqayisədə xeyli aşağı olduğunu da xatırlatmağı unutmayıb. Təbii ki, ermənilər həmişə olduğu kimi, hər şeyə öz prizmalarından baxmaqda pərgardırlar. Lakin ehtimal etmək olar ki, bəlkə də ölkədə intihar edən və etməyə cəhd edənlərin əksəriyyəti Ermənistandan qaçmaq üçün maddi yardım əldə edə bilməyənlərdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info