100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
Tarix: 22.02.2019 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın 100 mühafizəkar deputatı Baş nazir Tereza Meyi Brexit prosesini təxirə salmağa məcbur etməyi planlaşdırır. The Daily Telegraph qəzetinin yaydığı məlumata görə, qanunvericilər Birləşmiş Krallığın Avropa İttifaqını sazişsiz tərk etməsinin qarşısını almaq üçün xüsusi qrupda birləşiblər. Onlar artıq Tereza Meyə Avropa İttifaqı rəhbərliyi ilə saziş əldə olunmayacağı təqdirdə ona qarşı çıxacaqları barədə xəbərdarlıq ediblər. Bu həftə növbəti dəfə Brüsselə gedən Böyük Britaniyanın Baş naziri Londona sərf edən şərtlər barədə danışıqlar aparmağa çalışıb. Lakin vaxt daralır, həll olunmayan məsələlər isə çoxdur. Belə ki, Böyük Britaniya Avropa İttifaqını 35 gündən sonra tərk etməlidir. Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs verib. Lakin ötən il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Mozambikdə ölənlərin sayı artır
25.03.2019
Myanmada partlayış, 16 nәfәr hәlak olub
25.03.2019
Türkiyə və Rusiya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək
25.03.2019
Dünya Səhiyyə Təşkilatı: Konqoda Ebola virusundan ölənlərin sayı 600-ü ötüb
25.03.2019
Çində partlayış və yanğın nəticəsində ölənlərin sayı 78-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info