İrəvan meriyasının yaxınlığında aksiya keçirilir
Tarix: 23.07.2013 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Küçəni bağlayan aksiyaçılar avtobus sürücülərini də onlara qoşulmağa dəvət ediblər

İrəvanda ictimai nəqliyyatda gediş haqlarının artırılmasına etiraz əlaməti olaraq şəhər meriyasının yaxınlığında aksiya keçirilir. «100 dram ödə» adlı aksiyada iştirak edən 200 nəfərdən çox vətəndaşın meriyaya yaxınlaşmasına polis imkan vermir.
Meriyanın qarşısındakı fəvvarələr işə salınıb və ot örtüyünün sulanması adı ilə küçələrə su səpilərək aksiya iştirakçılarının ora yaxınlaşmasına imkan verilmir. Aksiyanın əvvəlində etirazçılarla polis arasında dava-dalaş olub və nəticədə bəzi fəal aksiyaçı həbs edilib. Polis onların ictimai qaydanı pozduqları üçün həbs edildiyini elan edib. Meriyanın qiymət artımını “biabırçılıq” kimi qiymətləndirən aksiyaçılar Qriqor Lusavoriç küçəsini bağlayıblar. Aksiya iştirakçıları avtobusların qarşısını kəsərək sürücüləri də aksiyaya qoşulmağa dəvət ediblər. Meriya yaxınlığındakı aksiya iştirakçılarının sayı artmaqdadır. Vəziyyət getdikcə gərginləşir.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info