Əli Məsimli: “Prezident İlham Əliyevin bu addımını yüksək qiymətləndirirəm”
Tarix: 23.07.2013 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli mətbuatın beynəlxalq standartlara uyğun inkişafına başlanıldı. Bu səbəbdəndir ki, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. 2003-cü ildən bəri bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində ölkəmizdə Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirilib. 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırıldı. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli binanın inşasına başlandı və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Ümumilikdə isə binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olundu.
İyulun 22-də dövlət başçısı sözügedən binanın qırmızı lentini kəsdikdən sonra mənzillərə baxış keçirib. Baxışdan sonra həmin binanın yanında jurnalistlər üçün nəzərdə tutulan daha bir binanın təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimindən sonra qeyd olunub ki, binanın 2 ildən sonra təhvil verilməsi nəzərdə tutulur.
“Palitra”ya açıqlama verən millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Prezidentin bu addımını yüksək qiymətləndirdiyini dedi. O, son zamanlar Azərbaycan iqtisadiyyatının inkişafı fonunda mətbuat işçiləri üçün də müəyyən addımların atılmasını təqdirəlayiq hal saydı:
“Mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan istənilən addımı alqışlamaq lazımdır. İyulun 22-də media nümayəndələrinə mənzil verilməsini isə müsbət qiymətləndirirəm. Bu işin davam etdirilməsi dövlət tərəfindən aztəminatlı təbəqənin mənzillə təmin olunmasının yaxşı başlanğıcı ola bilər. Bu həm media nümayəndələri, həm də digər peşə sahiblərini də əhatə etməklə, çox yaxşı bir sosial layihənin ilk addımı ola bilər. Mən bir müddət öncə maaşların artırılması ilə yanaşı maaşı az olan insanların dövlət hesabına evlə təmin olunması mexanizmi barədə təkliflər də təqdim etmişdim. Məncə verilən bu mənzillər və yeni binanın təməlinin qoyulması həm də mənim həmin təklifimin reallaşmasını sürətləndirən mühüm başlanğıc ola bilər. İnşallah bu cür tədbirlər davamlı olacaq”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info