Şəkərli diabet xəstələri qaratikan balı qəbul edə bilərlər
Tarix: 25.02.2019 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Bal təbiətin bizə bəxş etdiyi saf, təmiz və faydalı maddələrlə zəngin olan qidadır. Balın növü arıların nektar topladığı çiçəklərdən asılı olaraq dəyişir. İnsan orqanizmi üçün həmin balların ayrı-ayrılıqda və özünəməxsus faydası var. Müxtəlif xəstəliklər zamanı həmin balların növlərindən istifadə etmək olar.
Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: “Şəkərli diabet xəstələri fruktoza faizi az olan bal, məsələn, qaratikan balı qəbul edə bilər. Mədəaltı vəzində problem olanların diastazası az olan baldan istifadə etməsi məsləhətdir. Soyuqdəyməsi olanlar cökə balı qəbul edə bilərlər. Günəbaxan balını daxilə qəbul etmək əvəzinə dəriyə qulluq zamanı istifadə etmək daha xeyirlidir. Ağız boşluğunda xəstəliyi olanların A vitamini ilə zəngin olan balın qaymağından, yəni zabrusdan istifadə etməsi məsləhət görülür. Onu həm çeynəmək, həm də udmaq olar”. Həkimin dediyinə görə, sağlamlıq problemi olmayan hər kəs gün ərzində 20 qramdan 45 qramadək bal yeyə bilər, çünki balın tərkibi amin turşusu ilə zəngindir. Bal yüksək kalorili olsa da, onunla qidalanmaq artıq çəki yaratmır.




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi
06.10.2019
Bəşəriyyəti yeni epidemiya gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info