“Arıqlamaq üçün vasitələrə bəzi dərman preparatları da aid edilir”
Tarix: 10.01.2019 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin “Əczaçılığın texnologiyası və idarəçiliyi” kafedrasının baş müəllimi Maqsud Aslanov əhalinin sağlamlığı ilə bağlı bəzi suallarımızı cavablandırıb.

- Son zamanlar əhali arasında Bioloji aktiv maddələrlə bağlı məlumat əldə etmək istəyi artmışdır. İstərdik deyəsiniz, BAM deyilən bu məhsullar nədir?

-Bioloji aktiv maddələr aptek çeşidi məhsullarının parafarmasevtik məhsullar qrupuna aiddir. Xəstəliklərin müalicəsində və reablitasiya dövründə köməkçi vasitə kimi istifadə olunur. Bu məhsullar əsasən təbii mənşəli olmaqla bir neçə məqsədlə istehlak edilir. Son zamanlar idmanla məşğul olanlar protein tərkibli artıq çəkidən əziyyət çəkənlər arıqlamaq üçün bu vasitələrdən istifadə edirlər.

- Son zamanlar arıqlamaq üçün vasitələrdən kütləvi şəkildə istifadə edilir ki, bunların da xeyli fəsadları meydana çıxır. Bu barədə nə dəyə bilərsiniz?

- Sadə dillə desək, qeyd etmək istəyirəm ki, arıqlamaq üçün vasitələr: yağları əridən, orqanizmə daxil olmuş yağların tam şəkildə xaric edən və əsasən sellüoza tərkibli mədədə müəyyən kütlə yaradan vasitələrə bölünür. Arıqlamaq üçün vasitələrə bəzi dərman preparatları da aid edilir: sidikqovucular, işlədicilər və s.

- Bu vasitələrdən həkim- dietoloq məsləhəti olmadan istifadəyə necə baxırsınız?

-Tərkibinin təbii və ya sintetik maddələrdən ibarət olub- olmamasına baxmayaraq, yuxarıda qeyd olunan vasitələr mütləq mütəxəssis tərəfindən təyin edilməli və onların nəzarəti altında qəbul edilməlidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info