“Azərbaycanlılara bacardığım qədər kömək etməyə çalışıram”
Tarix: 26.02.2019 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Lalə Həsənova:
“Biz "Azərbaycan Xalqlar Dostluğu Birliyi" olaraq iştirak etdiyimiz tədbirlərdə Azərbaycan-Türkiyə qardaşlığının daimi və sonsuz olduğunu göstəririk”

Bugünlərdə Türkiyədə “Azərbaycan Xalqlar Dostluğu Birliyi” təsis edilib. Artıq bir sıra tədbirlərdə “Azərbaycan Xalqlar Dostluğu Birliyi” ölkəmizi layiqincə təmsil edib. Birliyin sədri hüquqşünas Dr. Lalə Həsənova qəzetimizə müsahibə verib. Qeyd edək ki, Lalə Həsənova Ağdam rayonunda anadan olub. Atası polis polkovniki, həmçinin müharibə veteranıdır, anası isə müəllimədir.
Lalə Həsənova Qərb Universitetinin Hüquq fakültəsinin bakalavr məzunudur. Azərbaycanda UNICEF-in bir neçə layihələrində yer alıb. Azərbaycan insan haqları üzrə müvəkkili aparatında işləyib. YAP Səbail rayon gənçlər təşkilatının üzvüdür. O, Almanya, Polşa və s. ölkələrdə ixtisasartırma təhsili üzrə diplomlara sahibdir. Antalya Akdeniz Universitetinin Hüquq fakültəsində magistratura təhsili alıb. Hazırda Ankara Yıldırım Bəyazıt Universitetinin Hüquq fakültəsində doktorantura təhsili alır. Eyni zamanda “International Legal Consulting” adlı şirkətin rəhbəridir.
-Elmi işinizin mövzusu nədir?
-Elmi tədqiqatımın mövzusu "Beynəlxalq Hüquqda Diplomatik Qoruma" olmuşdur. Doktorant olaraq isə diqqətimi çəkən mövzulardan biri yenə də dövlətin xarici dövlətlərdə yaşayan vətəndaşlarının üzləşdiyi hüquqi problemlərdir. Bu mövzunu geniş miqyasda ələ almaq istərdim.
-”International Legal Consulting” nə kimi xidmətlər təklif edir?
-”International Legal Consulting” - yerli və xarici vətəndaşlara, hüquqi şəxslərə idarə və hüquqi xidmət göstərir.
-Türkiyədə təkbaşına belə bir təşkilat qurmaq nə dərəcədə çətindir?
-”International Legal Consulting” özəl şirkətdir. İdarəçiliyi mənə aiddir. Heç bir təşkilati xüsusiyyətə sahib deyil. Əlbəttə ki, Türkiyə bizim qardaş ölkəmizdir, amma buna baxmayaraq, hər bir ölkənin öz çətinlikləri var. Əlləxusus da xaricdən gəlib buraya yerləşib yaşayan birisi üçün. Mənə də eyni zamanda bütün bunları qət etmək əziyyətli və çətin oldu. İnanıram ki, irəliləyən günlərdə daha yaxşı olar, inşallah.
-Türkiyədə soydaşlarımıza nə kimi hüquqi yardım göstərirsiz?
- Türkiyədəki həmyerlilərimizə sadəcə hüquqi deyil, digər (sağlıq, yerləşmə çətinliyi və s. ) problemlərində də köməklik göstərirəm və göstərməyə çalışıram. İki bacı-qardaş talassemiya xəstələrinin Türkiyədə Ümumi Sağlıq Sığortası (Genel Sağlık Sığortası) ilə təmin edilmələrində Türkiyənin məsul şəxsləri ilə xeyli yazışmalar, danışıqlar apardım. Hal-hazırda Mirhəşimovlar ailəsi ÜSS ilə təmin ediliblər, amma yenə də uşaqlardan birinin əməliyyatı üçün xeyriyyəçi insanlara da müraciət etmişik. Buna bənzər bir neçə həmyerlimizin, tələbələrimizin, burada işləyən müəllimlərimizin pasport, diplom problemləri və s. ilə yaxından məşğul olmuşam və oluram. Azərbaycanlılara bacardığım qədər kömək etməyə çalışıram.
-Sizin təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr bir araya gələ bilirmi?
-Mən magistr təhsilimi Antalya Akdeniz Universitetində tamamladım. Burada azərbaycanlı tələbələr olduqca çoxdur və eyni zamanda problemləri də var. Onlar bir araya gəlməyə çox meylli tələbələrdir. Savadlı tələbələrdir. Görüşlərimizdə onlara buradakı tək məqsədlərinin təhsil olmasını aşılayırıq. Millət vəkilimiz Qənirə Paşayevanın buraya səfəri zamanı da tələbələrimizlə görüşlər keçirilir. Hazırda isə mən Ankara Yıldırım Bəyazıt Universitetində doktorantam. Əminəm ki, orada da azərbaycanlı tələbələr çoxdur və Azərbaycanın bayram və matəm günləri xüsusi diqqətlə AYBU -nun müdiriyyəti, müəllim və tələbə həyəti tərəfindən xatırlanıb yad edilir.
- “Azərbaycan Xalqlar Dostluğu Birliyi”ndə əsas hansı işlər görürsüz?
- Vətəndən kənarda yaşamağıma baxmayaraq, hər an qəlbim Azərbaycanla döyünür. Biz "Azərbaycan Xalqlar Dostluğu Birliyi" olaraq iştirak etdiyimiz tədbirlərdə Azərbaycan-Türkiyə qardaşlığının daimi və sonsuz olduğunu göstəririk. Azərbaycanla bağlı təqdimatlarda isə tariximizi, abidələrimizi, milli geyimlərimizi və mətbəximizi və s. tanıdırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info