“Son sərəncamlar insanların sosial vəziyyətinin yaxşılaşmasına böyük köməkdir”
Tarix: 27.02.2019 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


“Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması bundan sonra da dövlətin qarşısında duran mühüm vəzifə olacaq”

Ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına yönəldilib. Son vaxtlar bu istiqamətdə reallaşan tədbirlər, ölkə başçısı tərəfindən imzalanan sərəncamlar bunun bariz nümunəsidir. Davamlı olaraq bu sahədə həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

“Regionların inkişafı ilə bağlı 4-cü Dövlət proqramının yerinə yetirilməsi əhalinin sosial vəziyyətinin yaxşılaşmasına böyük təkan verəcək”

Millət vəkili Tahir Rzayev “Palitra”ya açıqlamasında bildirdi ki, ölkə başçısı tərəfindən bu istiqamətdə imzalanmış sərəncamlar ilk deyil və 2018-ci ildə seçkilərdən sonra Prezident İlham Əliyev bəyan etdi ki, ölkədə idarəetmə, eləcədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir çox islahatlar həyata keçiriləcək: “Bu islahatların nəticələrini artıq biz görürük. Belə ki, az bir müddətdən sonra ölkə başçısı şəhid ailələrinə 11 min manat müavinətin verilməsi, sonrakı dövrdə bütünlüklə şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncam verdi, onlarla görüşlər keçirdi. Bundan başqa, pensiyaların, minimum əmək haqlarının artırılması ilə bağlı sərəncam verdi ki, bu da 600 min insanı əhatə edir. Eləcə də ölkə başçısı tələbə təqaüdlərinin artırılması, bu günlərdə sosial müavinətlərin artırılması, qaçqın və məcburi köçkünlərin müavinətlərinin artırılması, şəhid ailələrinə əlavə müavinətlərin verilməsi ilə bağlı sərəncam verdi ki, bütün bunlar əhalinin sosial rifahının yaxşılaşdırılması üçün çox vacib olan məsələlərdir. Bir neçə gün bundan əvvəl keçirilən müşavirədə dövlət başçısı bildirdi ki, sosial məsələlərin həlli, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması bundan sonra da dövlətin qarşısında duran mühüm vəzifə olacaq. Xatırlatdı ki, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə diqqətlə yanaşırıq, keçən il 5900 nəfərə mənzil verilib, bu il 7000 şəhid ailəsinə mənzillərin verilməsi nəzərdə tutulub. Həmçinin 800 əlavə mənzilin alınması təmin olunacaq. Eləcə də bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əlbəttə ki, bu insanların sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılmasına böyük köməkdir. Ölkə başçısı mütəmadi olaraq bu sahədə öz köməkliyini edir. Digər məsələlərə gəldikdə isə dövlət başçısı müşavirədə xatırlatdı ki, məsələn problemli kreditlər var və bu insanların durumuna mənfi təsir göstərir. Ölkə başçısı bildirdi ki, bu sahədə müvafiq orqanlarla araşdırmalar, təhlillər aparılır. Sözsüz ki, bu problemin aradan qaldırılması üçün yaxın günlərdə müvafiq tədbirlər görüləcək. Onu da xatırlatdı ki, bu asan bir məsələ deyil, çünki bu məsələ ilə bağlı bir sıra dövlətlər kreditin geri qaytarılması ilə bağlı qərar qəbul etmişdilər, ancaq onlarda bu yerinə yetirilə bilmədi. Ancaq biz araşdırmalarımızı çox səmərəli aparmışıq və bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq. Müşavirədə digər məsələlərə də diqqət yetirildi. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aqrar sahənin inkişaf etdirilməsi, məşğulluqla bağlı problemin aradan qaldırılması, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olan tədbirlərimizi bundan sonra da ardıcıl olaraq həyata keçirməliyik. Ölkə başçısı onu da vurğuladı ki, regionların inkişafı ilə bağlı 4-cü Dövlət proqramının yerinə yetirilməsinə start verilir. Bu çox böyük bir proqramdır, artıq 3 proqram yerinə yetirilib və onlar da öz səmərəsini verib. Dördüncü proqram da çox əhatəli, genişmiqyaslı tədbirləri nəzərdə tutur, burda da 17 milyard manat vəsait vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu da nəinki əhalinin sosial rifahının, sosial vəziyyətinin yaxşılaşmasına böyük təkan verəcək. Çünki bu regionların inkişafı, yeni iş yerlərinin açılmasıdır, sənaye müəssislərinin yaradılmasıdır, aqrar sektorun inkişafıdır, sahibkarlığın sürətləndirilməsidir. Bu hər bir ölkə vətəndaşını sevindirir, insanların çıxışlarında da özünü büruzə verir”.

İqtisadiyyatın inkişafı ilə bağlı çox mühüm tədbirlər görülür

Millət vəkilinin sözlərinə görə, dövlət proqramların gedişi ilə bağlı ölkə başçısı da vurğulamışdı ki, bizdə ÜDM 3,3, qeyri neft sektorunda sənaye istehsalı 2,8, kənd təsərrüfatında 1, 7 dəfə artım, eləcə də Azərbaycanın 45 milyard dollar artıq valyuta ehtiyatlarımız var: “Cari ilin bir ayında ÜDM 3 faiz artıb, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb. Bu çox yaxşı göstəricidir. Bilavasitə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir nümunədir. Sözsüz ki, büdcədə bu vəsait olmasaydı, pensiyaları, təqaüdləri artırmaq qeyri-mümkün olardı. Dövlət başçısı vergi, gömrük sisteminin təkmilləşməsindən danışdı və bildirdi ki, ötən illərlə müqayisədə milyonlarla gəlirlər artıb. Bunlar hamısı dövlət büdcəsinə daxil olan vəsaitlərdir. Ölkədə iqtisadiyyat inkişaf etməsəydi bu gəlirlər olmazdı”.
T.Rzayev onu da bildirdi ki, 2018-ci ili islahatlar ili kimi qeyd edən Prezident sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı paket hazırlandığını qeyd edib: “Xatırlatdı ki, prezident seçkilərindən sonra da bəyan etmişdim, həmin paketə daxil olan sosial vəzifələrin həyata keçirilməsi ardıcıl olaraq yerinə yetiriləcək. Artıq görünür ki, bu sərəncamlar verilən sözə əməl olunmasının nəticəsidir. Nəinki sosial vəziyyətin yaxşılaşdırılması, iqtisadiyyatın inkişafı ilə bağlı çox mühüm tədbirlər görülür. Bu dövlət proqramlarıdır, strateji yol xəritələridir, ölkə başçısının bölgələrə səfərləridir, insanlarla görüşləridir. Bu onu deməyə əsas verir ki, ölkə rəhbəri ilə xalq arasında münasibətlər həddindən artıq yaxındır, xalq dövlətin rəhbərini dəstəkləyir, dövlət başçısı da insanların qaldırdığı problemlərə reaksiya verir və bunlar az müddətdə əməli işlərdə öz nəticələrini göstərir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18.10.2019
“Türkiyə hədəfinə çatdı“
18.10.2019
“Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki...“
18.10.2019
“Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır.”
18.10.2019
Bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info