Radikal müxalifətin iflası
Tarix: 27.02.2019 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Uzun illərdir ki, müxalifətdə əsas söz sahibi olmaq uğrunda mübarizə gedir, ayrı-ayrı müxalifət partiyalarının rəhbərləri bir-biriləri ilə düşmən olacaq səviyyədə münasibətlər qururlar. Həmrəylik göstərib birləşmək əvəzinə dağıdıcılıqla məşğul olan bu adamlardan ən çox seçiləni isə daim Müsavat partiyasının başqanı ilə mübarizə aparan Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimlidir. Əli Kərimli təkcə dağıdıcılıq siyasəti ilə tanınıb seçilmir, o həm də dəfələrlə gülməli duruma düşməsi və fiaskoya uğraması ilə gündəmə gəlib. Nəinki, xalq arasında heç müxalifətdə belə zərrə qədər də hörməti qalmayan 90-cı illərin uğursuz siyasətçisi sayılan Əli Kərimli daim iddia edib ki, guya xalq onun ardınca gedir, onu dəstəkləyir. Hətta guya AXCP rəhbəri hər zaman xalqın sözünü deyir. Maraqlısı isə budur ki, xalqın onun arxasında olduğunu iddia edən birinin 26 fevralda Xocalı soyqırımı qurbanlarının anım tədbirində yürüşü beş-on nəfərlə baş tutdu. Yəni nəinki xalq, heç cəbhəçilər belə kifayət qədər onun arxasınca getmədi... Özgə vaxtı arxasınca kütləni aparmasından dəm vuran bu adam sosial bazası zəifləyən AXCP-dən belə yüz atam toplayıb ardıyla abidə önünə gətirə bilmədi...
Əslində nə AXCP, nə Müsavat, nə də bu iki partiya ilə rəqabətdə olan yeni partiya- REAL Partiyası rəhbərləri öz arxaları ilə xalqı-böyük kütləni aparmaq bacarığı və qabiliyyətində deyillər.
Qısası, müxalifət rəhbərləri elə öz aralarında söz davası, şəxsi ambisiyalar uğrunda savaş üçün mübarizə aparmağı yaxşı bacarırlar. Yeri gəlmişkən 19 yanvar mitinqinin guya bütün xalqın onu dəstəkləməsindən dəm vuran Əli Kərimliyə elə öz həmkarı tərəfindən maraqlı və tutarlı cavab verilib. REAL Partiyasının funksionerlərindən olan Natiq Cəfərli son statuslarının birində Əli Kərimlinin yanvarda keçirilmiş məlum mitinqə çox adam toplaması məsələsinə sataşıb. Onun sözlərinə görə 19 yanvar mitinqi əvvəlkilərə nisbətən çoxsaylı alınmışdı, səbəbi də həm Mehman amili, həm də İlqar Məmmədovun mitinqə gələcəyi ilə bağlı bəyanatı idi... Buradan da aşkar görünür ki, Natiq Cəfərli Əli Kərimliyə bir daha söz atır ki, müxalifətdə əsas söz sahibi təkcə sən deyilsən və əgər İlqar Məmmədov o mitinqə qatılmasaydı yenə də stadionun bir küncünə toplana biləcək qədər adam yığa biləcəkdiniz. Amma Əli Kərimlinin trol ordusu da həmin statusa Natiq Cəfərli üçün arzuolunmaz şərhlər yazıb. Bunlardan biri, Gəray Cəfərov və o yazıb ki, REAL Partiyasının funksioneri Əli Kərimli əleyhinə yazdığı fikirlərə heç özü də inanmır, onun bölücülük fəaliyyəti isə qınanmalıdır. Natiq Cəfərlinin reytinq müzakirəsi açması isə gülünc doğurur! Toğrul İbrahim adlı şəxs isə statusa cavab olaraq şərh yazıb ki, Natiq Cəfərli gözünün içinə qədər yalan danışır.
İndiki halda isə 19 yanvar mitinqində stadion qədər adam toplamağı bacarmış müxalifətin bütün xalqın adından danışmağa haqqı çatmır. Ən azından bu xalqın onlara inamının olmamasının aşkar göründü-yürüşdə belə 40 adam Əli Kərimlinin ardıyla getdi. Bu biabırçı və Əli Kərimlinin siyasi karyerasında fiaskoyla yadda qalan yürüşün fonunda 60 minə yaxın insanın könüllü olaraq ölkə başçısının ardıyla yürüşə qatılıb abidə önünə gəlməsi xalq iqtidar birliyini bir daha göstərdi. AXCP rəhbərinin əl-qolunu bağlayan da yox idi ki, o abidə önünə belə az adam toplaya bilərdi. Əslində onların mitinqlərə 2-3 min adam yığa bilməsinin səbəbləri də hər kəsə gözəl bəllidir. Xaricdəki havadarları vəsaitlər ayıranda müxalifət rəhbərləri bu “səxavətdən” hərtərəfli yararlanırlar, yerdə qalan qəpik quruşu isə “dəstəbaşlarına” paylayırlar ki, onlar da öz maraqları üçün ordan-burdan beş on nəfər tapıb bu siyasətdən bixəbərləri pul ilə stadiona gətirirlər. Bunu mitinqdə tribunaya çıxan müxalifət rəhbərlərinin çıxışı bitməmiş xeyli insanın hörmətsizlik göstərərək meydanı tərk edib getməsindən də görmək olar ki, həmin şəxslərin böyük əksəri stadiona maddi maraqları üçün gəlir. Bütün bu və digər məsələləri analiz etdikdə bir daha görürük ki, müxalifət rəhbərlərini nə anım günləri, müqəddəs məkanlardan olan Şəhidlər xiyabanı, Xocalı qurbanları, nə də ümummilli məsələlər maraqlandırmır. Müxalifət rəhbərlərinin öz maraqları, öz fəaliyyət dairələri var. O dairədən kənara addım atmaq isə onların marağında olmur. Yeri gəlmişkən indi vətənpərvərlikdən dəm vuran Əli Kərimli həmin siyasətçidir ki, Aprel döyüşlərində xalqa qoşulub düşmənin əleyhinə mübarizə aparmaq əvəzinə öz dövlətini, hökumətini tənqid edərək yalan dolu məlumatlar yayırdı ki, guya bizdə olan itkilər daha çoxdur və ümumiyyətlə geri alınan torpaqlara görə belə itkilərə dəyməzdi...
Qısası, bu gün şər, böhtan xarakterli kampaniyalar aparanlar, sosial şəbəkələrdə qəhrəman kimi görünməyə çalışanlar xalqı öz arxasınca aparmaq gücündə olmaları ilə bağlı nağılları bundan sonra da davam etdirsələr təəccüblənmərik... Radikal müxalifətin iflası qaçılmaz idi, son proseslərdə bu iflas özünü bir daha göstərdi.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info