Fransa tarixində nikahların sayı ən aşağı səviyyəyə enib
Tarix: 27.02.2019 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Fransada 2017-ci ildə 234 min nikah qeydə alınıb. Bunun 227 mini müxtəlif, qalan 7 mini isə eyni cinsdən olan şəxslər arasında bağlanıb.
Report bildirir ki, Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutunun (İNSEE) son hesabatına görə, Fransa tarixində nikaha daxil olan cütlüklərin sayı ən aşağı səviyyəyə enib.

Nikaha girən cütlüklərin sayının Fransa tarixində ən aşağı qeydə alındığı il II Dünya müharibəsi bitdikdən dərhal sonra - 1946-cı il olub.
Rəsmi hesabatda Fransada nikahların azalmasına səbəb olan amillərdən ən başlıcası kimi 20-59 yaş arasında olan əhalinin sayının kəskin azalması göstərilir. Hesabatda bildirilir ki, nikaha girən kişilərin orta yaşı 38, qadınların yaşı 36-dır. Nikaha bağlayan şəxslərin üçdə ikisində kişilər qadınlardan yaşca böyük, qalan üçdə birində isə qadınlar kişilərdən böyükdür. 2013-cü il 17 may tarixində müvafiq qanun qüvvəyə mindikdən sonra, son ilə qədər Fransada eyni cinsdən olan şəxslər arasında 40 min nikah bağlanıb ki, bunun da 21 mini kişilər 19 mini isə qadınlar arasında olub.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Bu qadınlar oğlan doğa bilmir
18.10.2019
Dünyanın ən böyük mağaralarından biri -Pınargözü mağarası
17.10.2019
Dünyanın ən yoxsul insanları haralardadır?
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info