“İsa Qəmbər “milli şura”nı dağıdaraq özü prezidentliyə namizəd olacaq”
Tarix: 23.07.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda uzun illər partiya rəhbərliyindən əl çəkməyib öz ambisiyalarını həmişə öndə tutan müxalifət liderlərinin xalqla bir araya gələ bilməmək problemi olub. Son zamanlar isə “milli şura” adı altında siyasi inteqrasiyaya çalışan müxalifət liderləri intriqalarını ortaya qoymaqla bir daha özlərinin bacarıqsızlığını və hansı məzhəbə qulluq etmələrini göstərmiş oldular.

Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan sözügedən mövzu ilə əlaqədar “Palitra”nın suallarını cavablandırıb. O, gənclərin Azərbaycan cəmiyyətində çox az hörmətə layiq görülmüş müxalif qüvvələrin ardı ilə getməməsinin səbəbini də izah edib.
- Son zamanlar müxalifət daxilində gedən intriqalar bu düşərgənin formalaşdırdığı “milli şura”nın dağılmasına səbəb ola bilərmi?
- Hər dəfə seçki öncəsi müxalifətin durumuna diqqət edəndə “başbilənlər”in bir-birinə olan münasibətindən tutmuş, onları dəstəkləyən kiçik kəsimin qarşılıqlı münasibətlərinə qədər hər şey aydın görünür.
Seçkiarası fasilədə nümayiş etdirilən süni “qardaşlıq” seçki ərəfəsində səmimi düşmənçiliyə çevrilir. Seçkilərdə qurulan birliklərini ardıcıl şəkildə dağıtdıqları kimi, öz aralarında olan və onlara hələ də inanan sadə vətəndaşların gördükləri pərdələri də cırıb atırlar.
Amma mənim fikrimcə, bu seçkidə özlərini əsas oyunçular hesab edən Əli Kərimli və İsa Qəmbər heç xəyallarına belə gəlməyən bir duruma düşüblər. Bir deyim var - riyaziyyatda uğur əldə edə bilməyənlər ədəbiyyata gəlirlər. Bəs, maraqlıdır mədəniyyətdə (kinoda) uğur qazananın siyasətdə nə işi var? Özünü təsdiq etmək istəyir, yoxsa məqsəd başqadır? Deyərdim ki, bu gün mövcudluğundan bəhs edilən “milli şura” və bu şuranın virtual qəhrəmanı olan - Rüstəm İbrahimbəyov bizim radikal müxalifətin başına gələn növbəti və çox güman ki, sonuncu bəladır. Bir zaman ağız dolusu danışdıqları “ictimai palata”nı kim dağıtdısa, indiki “milli şura”nı da o kəslər dağıdacaq. Qalanı daxildən fəth etmək anlayışını yaraşmasa da, “milli şura”ya aid edərək deyə bilərəm ki, hakimiyyət marağını heç kimlə paylaşmayan İsa Qəmbər “milli şura”nı dağıdaraq özü prezidentliyə namizəd olacaq.
- Gəncləşmə siyasətinin müxalifət düşərgəsində aparılmamasının səbəbi nədir?
- Siyasi mübarizələrdə qələbələri əsasən novator düşüncə, alternativ baxış sərgiləyən tərəf qazanır. Çünki demokratik cəmiyyətin böyük imkanlar verdiyi xalq öz hakimiyyətini özü formalaşdırır. Burada xalqın, elektoratın əsas diqqəti aydın missiya, vəzifə və məqsədlər müəyyən etmiş və bunun üçün mübarizə aparan liderə və onun tərəfdarlarına yönəlir.
Siyasət meydanında gənclik çox böyük qüvvədir və şəffaf ideologiya olan mühitdə hər şeyə qadirdir. Bunun əyani təsdiqini ümummilli lider Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının ətrafında birləşən yüz minlərlə insanların, xüsusən gənclərin simasında görmək olar. Lakin biz Azərbaycanda özünü müxalifət adlandıran radikal qüvvələrdə bunun əlamətini belə görmürük. 20 ildir ki, ölkəmizdə gedən siyasi mübarizədə həmişə məğlub durumda qalan, bunun səbəblərini təhlil etmək əvəzinə, daha da kor-koranə addımlar atan bu radikal qüvvələr həm bioloji, həm də mənəvi cəhətdən qocalıblar. Əslində deyərdim ki, qocalmayıblar, sadəcə onlar elə 20 il bundan əvvəlki zamanda da qalıblar, zaman onların üzərindən adlayıb keçib.Siyasi mübarizələrdə bioloji qocalmalar əhəmiyyətli olmasa da, düşüncənin qoca olması məğlubiyyətin öncəgörünən əlamətidir. Azərbaycan müxalifəti düşüncə və mübarizə metodları baxımından qocalaraq, ayrı-ayrı şəxslərin ambisiyalarına xidmət edən mexanizmə çevriliblər. Sanki bu partiyaların bircə missiyası var, o da hər 5 ildən bir sədrin prezidentliyə namizədliyini vermək və onu prezident görmək arzusu ilə yaşamaq. Şərt də budur ki, “Mən prezident olana qədər, heç bir gənc sədrlik xülyasına düşməməlidir!!!”. Elə bu şərtlə 20 ildir özlərinin dediyi kimi “meydanlardadırlar”.
Bu mənzərəyə baxanda nəticəni aydın müşahidə etmək olur. Ölkəmizdə olan bu qüvvələr ətraflarında olan az miqdarda insanlarla birgə qocalmaq və elə birgə də məhv olmaq yolunu seçiblər. Bu qüvvələr Azərbaycanda iqtidara qarşı heç vaxt sağlam düşüncəli müxalifəti formalaşdıra bilməyəcəklər. Çünki orada fəaliyyət göstərən bir qrup gəncliyin yeni düşüncəsindən yararlanmaq əvəzinə, onları yalnız küçələrdə azsaylı qrup halında səs-küy salmağa, qanunsuz aksiyalar keçirməyə təhrik edirlər. Bu, 20 il öncə istifadə edilən siyasi mübarizə forması idi. Sosial şəbəkələrdə isə bu gəncliyə verilən özəl və bəlkə özlərinin müqəddəs hesab etdikləri bir görəv var: bir-birinin liderlərini tənqid etmək, onun fəaliyyətinə gülmək və hətta təhqirlər səsləndirmək. Mənə elə gəlir, Azərbaycanda sağlam düşüncəli müxalifət bu insanlar bioloji ömürlərini başa vurandan sonra yaranacaq. Belə bir müxalifətə həm cəmiyyətin, həm də iqtidarın ehtiyacı var. Çünki ən böyük nəticələr sağlam mübarizələrdə qazanılır. Bu gün əksər Azərbaycan gəncliyi özünü ümummilli lider Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasında tapır, öz missiyasının da Azərbaycan dövlətinə, millətinə xidmətdən ibarət olduğunu dərindən dərk edir!
- Gənclərin müxalifətin arxasınca getməməsinin əsas səbəbi nədir?
- Bu gün müxalifətdə gənclərə etibar edilməməsinin, onların önə çəkilməməsinin əsas səbəbi, müxalifət liderlərinin apardıqları iyrənc siyasətdən öz maraqları naminə istifadə etmələridir. İndi tutduqları mövqelər onlar üçün maddi gəlir mənbəyidir, rahat həyatdır. Bir də bitirib tükənməyən hakimiyyət xülyası, ehtirasıdır. Onlar bilirlər ki, hazırda qərarlaşdıqları mövqeni hansısa bir gəncə təslim etsələr, özləri özlərini məhv edəcəklər. Bu səbəbdən də müasir Azərbaycan gəncləri öz seçimlərini sağlam siyasi qüvvələr üzərində qururlar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info