Ramin Quluzadə Çində “Huawei” və “China Telecom” şirkətlərinin rəhbərliyi ilə görüşüb
Tarix: 28.02.2019 | Saat: 12:09:00 | E-mail | Çapa göndər


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasında iştirak etmək məqsədilə Çin Xalq Respublikasının Pekin şəhərində səfərdədir.
Səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib, şirkətin Azərbaycanda mövcud fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, şirkətin Xəzər dənizinin dibi ilə ölkəmizdən Qazaxıstan və Türkmənistan istiqamətlərində fiber-optik kabel magistralının tikintisində mümkün iştirakı da müzakirə edilib. Qeyd edək ki, gələcəkdə magistral vasitəsilə Türkmənistan üzərindən Əfqanıstanın da internetə çıxışı təmin edilə bilər.
Səfər çərçivəsində nazir Ramin Quluzadə “China Telecom” şirkətinin rəhbəri Yanq Jie ilə də görüşüb. Görüş zamanı sözügedən şirkətlə beynəlxalq telekommunikasiya sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin qısa müddət ərzində icrası istiqamətində mümkün addımların atılmasının vacibliyi vurğulanıb. Görüş zamanı layihə çərçivəsində Qazaxıstan istiqamətində Xəzəraltı fiber-optik kabel magistralının çəkilməsinin texniki həlli yolları, layihə üzrə iqtisadi əsaslandırmanın hazırlanması, o cümlədən Çin tərəfinin bu magistraldan gələcək istifadəsi üzrə tələbatların öyrənilməsinə dair məsələlər müzakirə edilib.
Eyni zamanda, şirkətin Azərbaycanla Türkmənistan arasında da dənizaltı fiber-optik kabel magistralının tikintisi ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu sahədə daha detallı texniki və iqtisadi məsləhətləşmələrin aparılması məqsədilə “Huawei” və “China Telekom” şirkətlərinin rəhbərliyi Azərbaycana dəvət olunub. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası bu gün keçiriləcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info