Bakı Ali Neft Məktəbi və SOCAR Foster Wheeler şirkəti arasında memorandum imzalandı
Tarix: 28.02.2019 | Saat: 12:13:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov arasında Anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri, tələbələr, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin direktor müavini Mario Castellano, İnsan resursları üzrə menecer Lali Əlizadə, mühəndislik üzrə menecer müavini Adil Abbasov, SOCAR-ın İnsan resursları məsləhətçisi Elnur Şıxəliyev və başqaları iştirak ediblər. Anlaşma Memorandumunun məqsədi BANM-da yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin planlaşdırılmasından ibarətdir. Memorandum Ali Məktəbin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakını, şirkətin mütəxəssisləri tərəfindən tələbələr üçün mühazirələr və master klasslar keçirilməsini, məzunlar üçün karyera imkanlarının yaradılmasını və digər əməkdaşlıq istiqamətlərini özündə birləşdirir.
Mərasimdə çıxış edən rektor Elmar Qasımov bildirib ki Ali Məktəbin bir neçə məzunu artıq SOCAR FW-də çalışır, bu memorandumun imzalanması isə şirkətlə Ali Məktəbin əməkdaşlıq istiqamətini daha da genişləndirəcək.
SOCAR (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov rəhbərli etdiyi şirkətin gənc kadrlara və onların inkişafına böyük önəm verdiyini bildirib. Daha sonra o şirkətin tarixi, məqsədi, fəaliyyət istiqamətləri və üzərində çalışdığı layihələr haqqında BANM kollektivi qarşısında prezentasiya ilə çıxış edib, şirkətin partnyorları haqqında danışarkən onlar arasında həm yerli, həm xarici şirkətlərin olduğunu bildirib.
Daha sonra mühəndislik üzrə menecer müavini Adil Abbasov H.Əliyev adına Neft Emalı Zavodunun (NEZ) tarixi və fəaliyyət istiqamətləri, ölkənin neft emalı və neft-kimya sənayesinin yenidənqurma layihələri və eləcə də bu sahədə marketinq araşdırmaları , NEZ-in İnsan resursları şöbəsinin rəis müavini Elmir Məmmədov isə 4-cü və 5-ci kurs tələbələrinə kadr seçimi və hazırlığı, davamçıların yetişdirilməsi və layihələrin yeni kadrlarla təmin edilmə kriteriyaları haqqında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, SOCAR - FW Mühəndislik Xidmətləri birgə müəssisəsi neft emalı, neft-kimya və ətraf mühit layihələrində mühəndislik, satınalma və tikintiyə nəzarət və layihənin idarəedilməsi xidmətləri göstərir.





 
Bölməyə aid digər xəbərlər
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib
17.10.2019
BDU-nun 100 illik yubileyi ADPU-da qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info