“UNEC -100” - Beynəlmiləl universitet
Tarix: 28.02.2019 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


“UNEC-100” İnkişaf strategiyasında universitetin 2030-cu ilədək beynəlmiləl universitetə çevrilməsi strateji məqsədlərdən biri kimi təsbit olunub. UNEC-in beynəlmiləlləşməsinin daha da genişləndirilməsi məqsədilə strategiyada hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. Belə ki, UNEC-də əcnəbi tələbələrin payının artırılması üçün hədəf ölkələrdə UNEC-in imicinin yüksəldilməsi, qəbul ofislərinin açılması, beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması, o cümlədən ali məktəblərə qəbul üzrə beynəlxalq statuslu imtahanların nəticələri əsasında tələbə qəbulu imkanlarının genişləndirilməsi nəzərdə tutulub. Hazırda bakalavr və magistratura pilləsi üzrə dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları reallaşdırılan UNEC-də 2030-cu ilədək bu proqramların sayının davamlı artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Strategiyaya görə, UNEC nüfuzlu universitetlərlə bakalavr, magistratura və doktorantura üzrə beynəlxalq ikili diplom proqramların sayını 10-a çatdırmağı və ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmağı hədəf seçib.
UNEC-də kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması məqsədilə 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayının artırılması da nəzərdə tutulub. Bu məqsədlə effektiv əcnəbi tələbələr ofisinin yaradılması, beynəlxalq mübadilə tələbəsi statusunun müəyyən edilməsi və onlar üçün prosedurların sadələşdirilməsi, beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyinin artırılması sənəddə əks olunub. Eyni zamanda əcnəbi tələbə və müəllimlərə Azərbaycan dilini, UNEC-in akademik və inzibati heyət üçün isə xarici dil öyrənmək imkanının yaradılmasına da yer verilib. Strategiyaya əsasən, ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq məqsədilə müasir standartlara cavab verən Xarici Dil Mərkəzinin formalaşdırılması və tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib
17.10.2019
BDU-nun 100 illik yubileyi ADPU-da qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info