Krasnoyarskda Xocalı Gecəsi keçirilib
Tarix: 28.02.2019 | Saat: 12:18:00 | E-mail | Çapa göndər


Krasnoyarskda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şobəsi tərəfindən birgə təşkil edilib. Tədbirdə digər vilayətlərdə yaşayan soydaşlarımız, eləcə də dövlət rəsmiləri də iştirak ediblər.
Anım mərasimində öncə Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad olunub. Sonra Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti”nin dini məsələlər üzrə rəhbəri Hacı Mütəllib, hüquqi məsələlər üzrə sədr müavini Arzuman Məmmədov, gənclər şöbəsinin rəhbəri Aqil Cəfərov, RATİ-nin Krasnoyarsk şöbəsinin sədri Eldar Mirzəyev çıxış ediblər. Tədbirdə Berezovski rayon Şurasının deputatı, Berezovski rayonunun Azərbaycan muxtariyyətinin sədri Telman Tamoyev də çıxış edib.
Bütün çıxış edənlər Xocalı soyqırımını törədənləri qınayıblar və beynəlxalq birliyin bu faciəyə hüquqi-siyasi qiymət verməsini tələb ediblər. Qeyd olunub ki, bu kimi qeyri-insani cinayətlərin qarşısı alınmalıdır. Daha sonra Xocalı faciəsinə həsr olunmuş film nümayiş edilib. Yığıncaqdan sonra şəhərin məscidində şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil edilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
05.03.2019
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
03.03.2019
Men ştatında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
01.03.2019
Şərqşünaslıq İnstitutu əməkdaşının Xocalı soyqırımına dair məqaləsi Küveyt mediasında
01.03.2019
ABŞ Konqresində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
01.03.2019
Fransanın Konyak şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info