Övladlığagötürmə sahəsində müasir və şəffaf idarəetmə modeli qurulur
Tarix: 28.02.2019 | Saat: 12:28:00 | E-mail | Çapa göndər


Bu sahədə müvafiq beynəlxalq qurumların, vətəndaş cəmiyyətlərinin rəy və təklifləri öyrənilir


Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrup BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) əməkdaşları, aidiyyəti QHT-lərin rəhbərləri ilə görüş keçirib.
Görüşdə məqsəd övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan işlərlə bağlı məlumatların verilməsi, bu sahədə rəy və təkliflərin öyrənilməsi olub.
İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanının ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin mütərəqqi dünya təcrübəsinə uyğun müasir və təkmil səviyyədə, innovativ əsaslarda və şəffaf şəkildə qurulmasına xidmət etdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum uşaqlara xüsusi diqqət və qayğı göstərilməsi sahəsində humanist təşəbbüs və layihələrini qeyd edib.
A.Kərimov övladlığagötürmə sahəsində Azərbaycanda qurulacaq yeni idarəetmə modelinin övladlığa götürülən uşaqların mənafelərinin üstün tutulması, onların gələcək layiqli həyatının təmin edilməsi prinsipinə əsaslanacağını vurğulayıb.
İşçi qrupun üzvü, nazirliyin Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev dövlət başçısının Fərmanı ilə övladlığagötürmə sahəsində nazirliyə verilən səlahiyyət və tapşırıqlar barədə məlumat verib, bu tapşrıqların icrası sahəsində aparılmış işlərə, hazırlanan yeni idarəetmə modelində övladlığagötürmə prosesinə dair təqdimatla çıxış edib.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, UAFA-nın nümayəndəsi, Birləşmiş Krallığın uşaq müdafiəsi üzrə sosial iş üzrə lisenziyalı mütəxəssisi Co Şat, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova, “Umid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sədri Nigar Mənsimova və başqaları çıxış ediblər. Onlar övladlığagötürmə sahəsində yeni idarəetmə modelinin hazırlanması ilə bağlı rəy və təkliflərini bildirib, nazirliyin ictimai iştirakçılıq müstəvisində bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını müsbət dəyərləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info