Abşeron rayonu 8 ildir dotasiya almadan xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir
Tarix: 28.02.2019 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Ötən il Abşeron rayonu üçün uğurlu illərdən biri olub. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirilib. Bu barədə Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat iclasında ətraflı məlumat verilib. Əvvəlcə iclas iştirakçıları Mərkəzin foyesində Ümummilli Liderin büstü önünə çiçəklər düzərək xatirəsini anıblar. Mərkəzin Akt zalında keçirilən iclas hesabat dövründə rayonda görülmüş abadlıq-quruculuq işləri, keçirilmiş tədbirləri əks etdirən videoçarxın nümayişı ilə başlayıb. Abşeron Rayon İcra Hakimiyyəti başçısını müavini İlham Quliyevin təqdim etdiyi hesabat məruzəsində bildirilib ki, rayonun inzibati mərkəzi - Xırdalan şəhərinin ən ciddi problemi su-kanalizasiya sisteminin tələblərə cavab verməməsidir. Bununla bağlı, Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə 2017-ci ilin iyul ayından başlanılan işlər davam etdirilir, ötən müddətdə 109 kilometr içməli su, 61 kilometr kanalizasiya xətti çəkilib, 16481 ev birləşməsi verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tender təşkilatı tərəfindən ümumilikdə xətt çəkilişi işlərinin 65 faizi görülüb. İşlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun Pirəkəşkül, Qobustan kəndlərində daxili içməli su xətt şəbəkəsi yenidən qurulub və hazırda kənd sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı dövlətimizin başçısının müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 16 kilometrlik kanalizasiya xəttinin və iki nasosxananın inşası işləri başa çatdırılaraq istifadəyə verilib. Qeyd edilib ki, 2018-ci ildə rayon əhalisinin elektrik enerjisi ilə təminatı sahəsində də böyük layihələr həyata keçirilib. Rayonun yaşayış məntəqələrində 56 yeni transformator qoyulub, 139 min 300 metr SİP kabel çəkilib, 17058 sayğac quraşdırılıb. Masazır və Məmmədli kəndlərində inşa edilmiş 35 kv-luq yarımstansiyaların istifadəyə verilməsi nəticəsində əhalinin elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşdırılıb. Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Qobu, Hökməli yaşayış məntəqələrində 14,6 kilometr xətt çəkilib, 18 ədəd təzyiq tənzimləyici və 8026 sayğac quraşdırılıb. Qobu və Saray qəsəbələrinin təbii qazla təchizatında mövcud olan problemlər tamamilə aradan qaldırılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib. Bu layihələr üzrə 397 yeni iş yeri yaradılıb. Eyni zamanda, Qobu qəsəbəsi ərazisində xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Burada 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Hesabat dövründə iqtisadiyyatın müxtəlif sahələri üzrə 291 milyon manat özəl investisiya cəlb olunub. Ötən il rayonda sənaye məhsulunun həcmi 24 faiz artaraq 228 milyon manata çatıb. Büdcəyə 41 milyon 646 min manat vəsait cəlb olunaraq proqnoza 115,1 faiz əməl edilib, rayonun yerli xərcləri isə 97,1 faiz icra olunub. Rayon 8 ildir ki, dotasiyası almadan özü özünü maliyyəşdirir. Məcburi köçkünlərin evlə təmin edilməsi üçün ötən ilin dekabr ayında Abşeron rayonunda bütün infrastruktura malik 1000 ailəlik yeni yaşayış kompleksinin inşası başa çatdırılıb, qəsəbənin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olub. Bununla yanaşı, dövlətin qayğısı ilə əhatə olunan valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binası tikilib. Ümumilikdə, Masazır kəndində bu məqsədlə 365 mənzildən ibarət 3 çoxmənzilli yaşayış binası tikilib istifadəyə verilib.
Bildirilib ki, Prezidentin müvafiq Sərəncamı ilə 2018-ci ilin iyul ayında Məmmədli kəndində yerləşən “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazidə turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon manat vəsait ayrılıb və hazırda bununla bağlı yenidənqurma işləri davam etdirilir. Məruzə ətrafında çıxışlarda görülən işlər təhlil edilib, təkliflər səsləndirilib. Rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında səmərəli fəaliyyətlərinə və əldə etdikləri nailiyyətlərə görə bir qrup şəxsə fəxri fərman verilib. Sonda tədbir iştirakçıları аdındаn Prezident İlham Əliyevə müraciət qəbul olunub. İclasda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
17.10.2019
Naxçıvanda muzey quruculuğu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info