Qazaxıstandakı azərbaycanlı deputat ən yüksək bal toplayıb
Tarix: 28.02.2019 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinin parlamentində təmsil olunan soydaşımız Eldar Abidinov ötən il ərzində millət vəkili olaraq fəaliyyətə görə 17 deputat arasında ən yüksək bal toplayıb. Eldar Abdinov 2018-ci ildə deputat fəaliyyəti dövründə Prezident Nursultan Nazarbayevin siyasi kursu, illik müraciət və təşəbbüslərini, dövlət proqramlarını izah etmək üçün əhali ilə müntəzəm görüşlər keçirib. Həmçinin Qazaxıstan Prezidentinin "Dördüncü sənaye inqilabında yeni inkişaf imkanları" adlı məruzəsinin şərhinə görə şəhərin aktivləri ilə 01.15.2018-də toplantıda iştirak edib. Bununla yanaşı, 09.02.2018-də Dostluq Evinin mədəniyyət birliklərinin nümayəndələri ilə görüşdə iştirak edib. Həmyerlimiz Prezident Nursultan Nazarbayevin "Qazaxıstan Respublikası prezidentinin beş sosial təşəbbüsü"nü müzakirə etmək üçün şəhər ictimaiyyətlə görüşüb.
Bununla yanaşı, öz ərazisinə aid bir sıra küçə sakinləri ilə görüşüb, onların problem və şikayətlərini dinləyib. Bunların həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılıb. Onun təşəbbüsü ilə Ekibastuzda yaşayış binalarında borular dəyişdirilib, həyətlər abadlaşdırılıb, qazanxanalar, elektrik xətləri, idman kompleksləri təmir olunub.
Hesabat dövründə “Nur Otan” Partiyasının yerli şöbəsinin ictimai qəbul bölmədə vətəndaşların 6 fərdi görüşü olub. Deputat tərəfindən vətəndaşların müraciətlərinin hər birinə baxılıb və müsbət həll edilib.
E. Abdinov “Nur Otan” partiyasının "Keçmiş nəsilə qayğı ilə" layihəsi çərçivəsində 10 ildən artıqdır ki, Ahıllar Günü ilə bağlı qəbul keçirir, öz seçki ərazisindən müxtəlif insanları dəvət edir və onlar üçün süfrə açır. Bu müddət ərzində 1480 dən çox əmək fəaliyyətini dayandırmış şəxs dəvət olunub.
Partiyanın "Xoşbəxt ailə - xoşbəxt uşaqlıq" layihəsi çərçivəsində də bir çox işlər görüb. Belə ki, 1 iyun tarixində 5, 6, 7 yaşlı uşaqlar və qızlar arasında mini futbol və voleybol üzrə idman tədbirləri keçirilib. 10 idman forması və topları uşaqlara hədiyyə edilib. 17 il ərzində Uşaqlar Günündə 5, 6, 10 saylı məktəblərin uşaqlarına, Ümid uşaq evinin, uşaq məhəllə klublarının şagirdlərinə 272 futbol, voleybol və basketbol forması, 34 ping pong, 51 ədəd futbol, basketbol və voleybol topları paylanılıb.
"Uşaqları məktəbə daxil edək" kampaniyası çərçivəsində 5 və 6 saylı məktəblərin uşaqlarına 49600 təngə dəyərində məktəb forması verilib. 17 il ərzində kampaniya çərçivəsində 428 dəst məktəb ləvazimatları, şagirdlər üçün 36 ədəd məktəb geyim forması alınıb.
Xatırladaq ki, E. Abdinov 20.04.1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində andan olub. 1958-68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970-72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində Dəmir yolu ordusunda hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd E.Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il E.Abdinov Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır. Hazırda E.Abdinov Əməkdar təqaüdçüdür. Tanınmış ictimai xadim 2003-cü ildən etibarən Milli Mədəniyyət Mərkəzinin Əlaqələndirmə Şurasının sədri, Qazaxıstan Xalqları Assambleyasının üzvü, “Ekibastuzun gələcəyi” hərəkatının aktiv üzvlərindəndir. 2015-ci ildən Ekibastuzun azərbaycanlı fəxri vətəndaşı olan E.Abdinov 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilib. O, dəfələrlə şəhər və vilayət rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub, Qazaxıstan Respublikası Konstitusiyasının 10 illiyi medalı, Qazaxıstan Respublikası Müstəqilliyinin 20 illiyi medalı, 1-ci, 2-ci, 3-cü dərəcəli “Əmək şöhrəti” nişanları, “Kömür sənayesi fəxri əməkdaşı” nişanı, “Şəhər qarşısında xidmətlərinə görə” nişanı ilə təltif edilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info