Neft Fondu ötən il 20 ton 778,4 kiloqram qızıl alıb
Tarix: 28.02.2019 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Fondun investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram və yaxud 2 milyard 93,09 milyon dollar təşkil edib

“Dövlət Neft Fondunun investisiya portfelində 2017-ci ilin sonuna qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) təşkil edib. Ötən il ərzində isə əlavə olaraq dəyəri 816,96 milyon dollar təşkil edən 20 ton 778,4 kiloqram (668 040,7 troya unsiyası) qızıl alınıb ki, nəticədə ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram (1 638 186,3 troya unsiyası) və yaxud 2 milyard 93,09 milyon dollar təşkil edib”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov səsləndirib. O deyib ki, qızılın investisiya portfelinə daxil edilməsi ümumi portfel səviyyəsində qismən şaxələndirmənin və inflyasiyaya qarşı hedcinqin təmin edilməsi məqsədləri ilə yanaşı, başlıca olaraq ölkə iqtisadiyyatı səviyyəsində strateji hədəflərə xidmət etməkdir ki, son zamanlarda qlobal və regional miqyasda artan geosiyasi gərginlik fonunda, eləcə də qeyri-müəyyən maliyyə bazarları şəraitində bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır: “ARDNF-in 2019-cu il üzrə qəbul edilmiş İnvestisiya Siyasətinə əsasən fondun investisiya portfelində qızıla olan investisiyaların həcmi 5 faizdən 10 faizədək artırılıb. Həmçinin qeyd etmək istərdim ki, cari il ərzində Dövlət Neft Fondunun investisiya portfelinin həcmi və qızılın qiyməti kimi amillər nəzərə alınmaqla İnvestisiya Siyasəti ilə müəyyən edilən qızıl portfeli üzrə hədəf dəyəri çərçivəsində qızılın alınması planlaşdırılır”.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info