Onlayn təlimə 300-dən çox sahibkar qoşulub
Tarix: 28.02.2019 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Fevralın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim keçirilib.
“Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda təşkil olunmuş təlimdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb. Onlayn təlim zamanı sahibkarlar idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Ekspert qismində onlayn təlimə Dövlət Gömrük Komitəsinin və “Azexport.az” portalının əməkdaşları cəlb olunub. Onlayn təlim çərçivəsində sahibkarlara eksperlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekpsertlər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə təlimdən sonra sahibkarlara müvafiq məlumat verilib.
Qeyd edək ki, onlayn təlim barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və Agentliyin www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb. Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və Agentliyin ölkənin 10 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib. Sahibkarlara onlayn təlimi KOBİA-nın "Facebook" səhifəsi vasitəsilə də izləmək imkanı yaradılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info