BDU-da “Elm günü”nə həsr olunmuş dəyirmi masa keçirilib
Tarix: 28.02.2019 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda Dəyirmi masa keçirilib. BDU-nun tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi Dəyirmi masada universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə innovativ fəaliyyətin dəstəklənməsi və inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, BDU-da həyata keçirilən tədbirlər, bu sahədə əldə edilən nailiyyətlər, problemlər və həlli vacib hesab edilən bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən professor-müəllim heyəti səsləndirilən fikirlərə münasibət bildiriblər.
Qeyd edək ki, Tədbirlər planında “Clarivate Analytics” şirkətinin Bakı nümayəndəliyi ilə birlikdə “Web of Science” bazasının SCI-Exp indeksi əsasında BDU-da araşdırma məqalələri üzrə “Ən məhsuldar müəllif”, “Ən çox istinad edilən müəllif”, “Ən yüksək h-indeksli müəllif” nominasiyaları üzrə qaliblərin müəyyən edilərək mükafatlandırılması, “Gənc istedadlar” liseyində BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Elm həftəsi”nin keçirilməsi, BDU alimlərinin 2018-ci il üzrə elmi nailiyyətlərini əks etdirən sərginin təşkili, AzTV-də BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Gənclərin elmi fəaliyyətə təşviqində nəsillərarası münasibətlərin rolu” mövzusunda verilişin təşkili də nəzərdə tutulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib
17.10.2019
BDU-nun 100 illik yubileyi ADPU-da qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info