“Fitch” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib
Tarix: 28.02.2019 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin “Fitch Ratings” agentliyi (bundan sonra agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirilməsinə əsasən Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilib. İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat xidmətindən “Palitra”ya bildirilib ki, Agentliyin "Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"na əsasən Fondun reytinqi Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, Fondun 100% dövlətə məxsus olması, Fondun fəaliyyətinə ciddi nəzarət olunması və Fondun ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətinə malik olması ilə əlaqədardır. Reytinq həmçinin, Fondun davamlı kapitallaşması və Mərkəzi Bankın Fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi şəklində olan dövlət dəstəyini əks etdirir. Agentlik Fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini güclü olaraq qiymətləndirib və qurulduğu gündən etibarən hökumətin Fonda davamlı dəstək göstərilməsini qeyd edib. Sahibkarların kreditlərinə təminat və hesablanmış faizlərə görə subsidiyaların verilməsi vəzifələri Fondun mandatına əlavə edildikdən sonra bu dəstəyin miqyası daha da artıb. 2018-ci ildə Fondun kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 mln. manat məbləğində vəsait ayrılıb və 2018-ci ilin sonuna kapitalı 466 mln. manata çatıb. Agentliyin mülahizəsinə görə, orta müddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın likvidlik dəstəyi şəklində Fondun dövlət tərəfindən dəstəklənməsi davam edəcək. Qeyd olunanlarla yanaşı, Fondun gəlir vergisinin ödənilməsindən azad olunması və əldə edilən mənfəətdən sərbəst istifadə hüququ kimi dövlət dəstəyindən də faydalanır. Əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə alaraq, Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fondun daxili fond bazarında mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.
Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, Agentlik hesab edir ki, Fond sağlam maliyyə vəziyyətini qorumağa davam edəcək. Bu, müntəzəm dövlət yardımları, ucuz maliyyələşdirmə, Fondun ipoteka portfelinin keyfiyyəti və qənaətbəxş likvidlik mövqeyi ilə təmin olunacaq.
Aşağıdakı keçid vasitəsilə Fitch Ratings Agentliyinin təqdim etdiyi press-relizlə tanış olmaq mümkündür:
https://www.fitchratings.com/site/pr/10064301

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info