YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib
Tarix: 28.02.2019 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin ilk iclası keçirilib. İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən IFAP-ın Azərbaycan Komitəsinin sədri, NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov IFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək, onun həyata keçirilməsi üzrə 2018-ci ildə görülmüş işlər və qarşıda duran tədbirlər haqqında məlumat verib.
O bildirib ki, “İnformasiya hamı üçün” Proqramı YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramıdır. IFAP-in əsas məqsədi üzv ölkələrdə informasiyaya çıxışı təkmilləşdirməkdən ibarətdir. Ümumilikdə 59 ölkədə IFAP Milli Komitəsi fəaliyyət göstərir. Proqram 6 prioritet sahəni – “İnformasiyaya çıxış” (“Information access”), “İnkişaf üçün informasiya” (Information for development”), “İnformasiya etikası” (“Information ethics”), “İnformasiya savadlılığı” (“Information literacy”), “İnformasiyanın qorunması” (“Information preservation”), “Kiberməkanda çoxdillilik” (“Multilingualism in Cyberspace”) məsələlərini özündə birləşdirir. Rəşad Əzizov qeyd edib ki, Azərbaycanda IFAP Milli Komitəsi 2008-ci ildən fəaliyyət göstərir. 2018-ci ildən isə IFAP-ın Azərbaycan Komitəsinin NRYTN-nin tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri tərəfindən 11 sentyabr 2018-ci il tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yanında YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu il tarixində isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. İclasın gedişində sözügedən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin müzakirəsi aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info