Cənubi və Orta Asiyadan Azərbaycana gələnlərin sayı artıb
Tarix: 28.02.2019 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


2019-cu ilin yanvar ayında Azərbaycana 191,4 min xarici vətəndaş gəlib.
Dövlət Turizm Agentliyindən “Palitra”ya verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur. Bildirilir ki, əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib. Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib.
2019-cu ilin yanvar ayında bəzi ölkələrdən gələn xarici vətəndaşların sayında azalma mövcuddur. Belə ki, bu hal əsasən Türkiyə və İrandan gələnlər üçün xarakterikdir. Bildirilir ki, Türkiyədən gələnlərin sayı 21,5 min nəfər təşkil edib və bununla da 11,5% azalma baş verib. İrandan gələn səyahətçilərin sayında 2018-ci ildən başlayaraq müşahidə olunan azalma 2019-cu ilin yanvar ayı üçün də davam etməkdədir. 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvarında bu ölkədən 23% və ya 3 min nəfər az qonaq gəlib.
Yaxın Şərq ölkələrindən gələnlərin sayında da 1,5 min nəfər və ya 7% azalma müşahidə olunub. Azərbaycan turizminin ən vacib bazarlarından olan Rusiyadan gələnlərin sayı isə demək olar ki, dəyişməyib. Rusiyadan Azərbaycana 56,3 min nəfər səyahət edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info