Nazirlər Kabinetinin növbəti iclası keçirilib
Tarix: 28.02.2019 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Fevralın 28-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasın gündəliyinə “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran vəzifələr”, “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergilər sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində qarşıya çıxan problemlər” və “Təbii, iqlim və digər xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması məsələləri” ilə bağlı mövzular daxil edilib. Gündəlikdəki birinci məsələ barədə danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də geniş islahatlar aparılıb. Bu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiqi üzrə görülən işlərdir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib ki, bununla bağlı artıq qanunvericilik bazası da yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməkdədir. Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidentinin vergi və gömrük sahələrində şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması, eləcə də iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması barədə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində hökumətin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Sonra gündəlikdəki məsələlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, vergilər naziri Mikayıl Cabbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzələri dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info