Sosial-iqtisadi vəziyyət erməni gənclərinə ailə qurmaq imkanı vermir
Tarix: 28.02.2019 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


«Panorama.am»: “2017-ci ildə 40 min nəfər qayıtmamaq şərti ilə Ermənistanı tərk edib”

Belə görünür ki, Paşinyanın xalqa verdiyi şirin vədlər də ermənilərin ölkədən qaçmasını səngitməyib. Məsələ bundadır ki, erməni axını bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, ermənilər üçün elə də bir yenilik olmayan bu hal o həddə çatıb ki, artıq ölkənin bir çox demoqrafları həyəcan təbili çalmaqdadırlar. Xatırladaq ki, bir müddət bundan əvvəl Ermənistanın bir qrup ziyalısı ölkə rəhbərliyinə müraciət edərək, artmaqda olan miqrasiyanın qarşısını almaq üçün tədbirlər görməyi xahiş etmişdilər. Lakin etiraf edilməlidir ki, miqrasiya ilə bağlı Ermənistanda son yaşananlar, hətta ölkə rəhbərliyinin də bu işdəki acizliyini ortaya qoydu.

“Bu gün ölkədə işləmək yaşına çatan gənclərin əksəriyyəti iş tapmamaq səbəbindən ölkəni tərk edirlər. Ölkə isə hazırda iş qabiliyyəti olmayan qocaların ümidinə qalıb”

Statistika bu gün də Ermənistandakı demoqrafik vəziyyətin üç əsas səhəsində ciddi problemlər yaşandığını göstərir. Bunlar ölkədə doğumun kəskin şəkildə aşağı düşməsi, miqrasiya və qocalma, yəni ölkədəki qocaların sayının artması ilə müşahidə edilməkdədir.
Ermənistan Statistika Komitəsi tərəfindən nəşr olunan son məlumata görə, 2019-cu ilin 1 yanvar tarixindən etibarən ölkədə yaşayan əhalinin ümumi sayı 2 milyon 965 min nəfər təşkil edib. Bu, ötən ilin, yəni 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 min nəfər azdır. Deməli, ölkədəki «məxməri inqilab»dan sonra da erməni xalqının Ermənistanın gələcək inkişafına olan inamı bərpa olunmayıb. Maraqlıdır ki, ötən son üç il ərzində Ermənistandakı doğum səviyyəsi də aşağı düşməkdə davam edir. Belə ki, əgər ölkədə 2015-i ildə 41 min 763 uşaq doğulmuşdusa, bu göstərici 2016-cı ildə 40 min 592, 2017-ci ildə isə 37,7 min təşkil edib.
Ermənistanın «Panorama.am» saytına danışan demoqraf Ruben Eqanyanın sözlərinə görə, ölkədəki doğum səviyyəsinin aşağı düşməsi ilə bağlı yaxın vaxtlarda hərtərəfli tədbirlər görülməsə, bu, ölkə üçün faciəli hal alacaq: «Bu gün ölkədəki sosial-iqtisadi vəziyyət erməni gənclərinə ailə qurmaq imkanı vermir. Ailə quran gənclər isə dünyaya uşaq gətirmək istəmirlər. Təbii ki, bu da Ermənistandakı sosial problemlərlə bağlıdır».

“Əgər ölkədə 2015-i ildə 41 min 763 uşaq doğulmuşdusa, bu göstərici 2016-cı ildə 40 min 592, 2017-ci ildə isə 37,7 min təşkil edib”

Demoqrafın sözlərinə görə, bu gün də ölkədə doğum sürətinin azalması ilə paralel olaraq, ölkədən köçənlərin də səviyyəsi artmaqdadır. Belə ki. təkcə 2017-ci ildə Ermənistandan təxminən 35-40 min nəfər qayıtmamaq şərti ilə ölkədən gedib. Eqanyan ölkədəki demoqrafik problemlərdən biri kimi, Ermənistandakı yaşlanmanı göstərir: «Ölkədə doğum səviyyəsinin enməsi ilə yanaşı, yaşlanma da artmaqdadır. Belə ki, yeni gənc nəsil artıq keçmiş nəsil əvəz edə bilmir. Bu gün ölkədə işləmək yaşına çatan gənclərin əksəriyyəti iş tapmamaq səbəbindən ölkəni tərk edirlər. Ölkə isə hazırda iş qabiliyyəti olmayan qocaların ümidinə qalıb. Əslində, Ermənistandakı demoqrafik problemlər sistematik problemlərdən- siyasi, iqtisadi, sosial, mənəvi, psixoloji və digərlərindən yaranır. Bu problemləri aradan qaldırmaq üçün qeyd olunan sahələrdə hərtərəfli bir proqram həyata keçirmək lazımdır».
«Ermənistanın hazırki hökuməti yaranmış mövcud vəziyyəti aradan qaldırmaq üçün hər hansı bir addım atmağı bacaracaqmı» sualını cavablandıran demoqraf tərəddüdlə də olsa, bunun yolunu hökumətin ölkədə doğumun armasını stimullaşdıracaq, miqrasiyanın qarşısını ala biləcək hərətərəfli bir proqram hazırlamasında görür: «Əlbəttə, bütün bu baş verənlərin tezliklə həllini tapa biləcəyinə inanmasam da, ölkənin yeni səlahiyyətlilərinin bu istiqamətdə hər hansı bir müsbət addım atacaqlarına ümid edirəm. Yalnız uzun və ardıcıl fəaliyyət nəticəsində ölkədəki demoqrafik vəziyyətin dəyişə biləcəyinə ümid edirəm».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib
18.10.2019
“Paşinyan məhkəmələri öz maraqlarına uyğun formalaşdırmağa başlayır”
18.10.2019
Katalonyada etirazlar səngimir
17.10.2019
“Xalqın “baş naziri”nin məhdud «kadr bankı»
17.10.2019
Zaxarova: “Dağlıq Qarabağa səfər edən rusiyalı siyasətçilərin çıxışları şəxsi xarakter daşıyır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info