“Hizbullah” terrorçu təşkilatların siyahısına salınıb
Tarix: 23.07.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Avropa Birliyi “Hizbullah” qruplaşmasının silahlanmış qanadını terrorçu təşkilatların siyahısına daxil edib. Bu qərar Brüsseldə keçirilən AB xarici işlər nazirləri iclasında qəbul edilib.
Xarici işlər nazirləri bu qruplaşma tərəfindən 2012-ci ilin iyulun 18-də Bolqarıstanın Burqas şəhərində törədilən terror aktını və “Hizbullah” yaraqlılarının Suriyada münaqişədə iştirak etməsini nəzərə alaraq, qruplaşmanı öz “qara siyahıları”na daxil etməyə qərar veriblər. Bu təşəbbüslə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton çıxış edib, lakin o, qruplaşmanın siyasi qanadı ilə danışıqların davam etdirilməsi mümkünlüyünü də istisna etməyib. ABŞ dövlət katibi Con Kerry “Hizbullah” qruplaşmanın Avropa Birliyi tərəfindən terrorist təşkilatların siyahısına daxil etməsini alqışlayıb. Dövlət katibinin fikrincə, AB bu addımı ilə “Hizbullah” qruplaşmasına ciddi bir ismarıc göndərmiş oldu. C.Kerri bildirib ki, bu qərar qruplaşmanın Avropada rahat hərəkət etməyinə təsir göstərəcək və Avropa hüquq-mühafizə orqanlarına “Hizbullah”ın maliyyə, logistika fəaliyyətini dağıtmağa və onların Avropada törətdikləri terror aktlarını açmağa kömək edəcək: “Bir çox dövlətlər «Hizbullah”ı Suriyada Bəşər Əsədin rejiminin tərəfini tutmasına, beynəlxalq cinayət şəbəkələrinə qoşulduğuna və bütün dünyada terror hücumlarını planlaşdırdığına görə təhlükəli bir təşkilat kimi tanıyırlar. Biz digər dövlətləri də Avropa Birliyinin atdığı addımı atmağa çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info