Misirlilər ABŞ səfirinin ölkədən qovulmasını tələb edirlər
Tarix: 23.07.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları etiraz aksiyalarını davam etdirirlər. “Əl-Cəzirə” televiziya kanalının məlumatına görə, aksiyaçılar paytaxt Qahirədə yerləşən hərbi kəşfiyyat idarəsinin qərargahına doğru yürüş ediblər.
Bundan bir qədər əvvəl isə Əl-Mənsura şəhərində M. Mursi tərəfdarlarının aksiyası zamanı 3 qadının qətlə yetirilməsinə etiraz olaraq minlərlə qadın nümayiş keçirib. Onlar müdafiə nazirliyinə doğru yürüş etsələr də, burada ordu qüvvələrinin müqavimətilə üzləşiblər. Aksiyaçılar M. Mursinin öz vəzifəsinə qaytarılmasını tələb etməklə yanaşı, ordunu qanun pozucularını himayə etməkdə ittiham ediblər. Digər etiraz nümayişi isə İnsan Hüquqları üzrə Milli Şuranın qarşısında keçirilib.
İskəndəriyyədə isə yüzlərlə etirazçı ABŞ konsulluğuna doğru yürüş edərək rəsmi Vaşinqtonu ölkədə baş verən hərbi çevrilişi dəstəkləməkdə ittiham ediblər. Aksiyaçılar ABŞ-ın bayrağını yandırmış, səfirini isə ölkədən qovmağı tələb ediblər. Ağ Evin mətbuat katibi Cey Karni isə bəyan edib ki, ABŞ hökuməti hesab edir ki, Misirin hakimiyyətdən kənarlaşdırılaraq ev dustağı edilmiş prezidenti Məhəmməd Mursi azad edilməlidir: “Biz siyasi motivlərlə bütün həbslər saxlanılmalara son qoyulmasına çağırırıq. Hesab edirik ki, bütün tərəflər Misirin siyasi gələcəyini formalaşdırmaqda iştirak etməyə imkan verən azadlığa malik olmalıdırlar. Mən bunları deyəndə, sözlərim, təbii ki, prezident Mursiyə də aid edilir”. Onun sözlərinə görə, ABŞ rəhbərliyi Mursinin düşdüyü vəziyyətin «qanunun aliliyi, prosessual normalara hörmət və onu şəxsi təhlükəsizliyinin təmin olunması» ilə həll olunmasını istəyir: “Biz Misirin müvəqqəti hökumətinə bunu aydın şəkildə izah etmişik. Bu söhbətlər aramızda hər gün edilir”.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info