ABŞ Konqresində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
Tarix: 01.03.2019 | Saat: 10:40:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Reybörn binasında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirə ABŞ Konqresinin üzvləri Stiv Şəbot, Henri Kueyyar, Pol Qosar, Konqresin çoxsaylı əməkdaşları, ABŞ-dakı Azərbaycan icması və digər icmaların nümayəndələri iştirak edib. Tədbirdə xüsusi qonaq qismində hazırda ABŞ-da yaşayan, Xocalı faciəsinin canlı şahidi olan Anar Usubov qatılıb.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Xocalı qurbanlarının xatirəsini yad edib və bunun Azərbaycanlılara qarşı törədilmiş soyqırım olduğunu, münaqişənin həlli istiqamətində Ermənistanın ciddi addımlar atmasının vacibliyini vurğulayıb.

Tədbirə qatılan Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyyar çıxış edərək Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq Azərbaycanlıların kədərini bölüşdüyünü bildirib.

Daha sonra Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun yeni respublikaçı həmsədri Ohayo ştatını təmsil edən Stiv Şəbot çıxış edib. Konqres üzvü 27-ci il öncə Sovet qoşunlarının köməyilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadın, uşaq və yaşlılar daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şəbot bu acı faciənin ildönümündə Azərbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanlarının xatirəsinin unudulmadığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən ABŞ-da yaşayan Xocalı şəhər sakini Anar Usubov doğma şəhəri ilə bağlı qanlı yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, Xocalıdakı uşaqlıq illərindən və müharibə zamanı Xocalı qətliamında yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib.

Tədbirin sonunda həmçinin cari ildə Xocalı faciəsi ilə bağlı Konqres üzvləri tərəfindən verilmiş bəyanatlar səsləndirilib və Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.




 
Bölməyə aid digər xəbərlər
05.03.2019
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
03.03.2019
Men ştatında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
01.03.2019
Şərqşünaslıq İnstitutu əməkdaşının Xocalı soyqırımına dair məqaləsi Küveyt mediasında
01.03.2019
Fransanın Konyak şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
28.02.2019
Krasnoyarskda Xocalı Gecəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
5 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info