“Jurnalistlərə yeni mənzillərin açarları bugünlərdə təqdim olunacaq”
Tarix: 23.07.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


"Jurnalistlərə yeni mənzillərin açarları bugünlərdə təqdim olunacaq”. Bu sözləri “movqe.az”a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli söyləyib. V.Səfərli bildirib ki, mənzillə təmin olunan jurnalistlər bugünlərdə KİVDF-yə dəvət olunacaq və onlara mənzillərin açarları təqdim olunacaq.

Fondun icraçı direktoru mənzil sahibi olan jurnalistlərə evlərin sənədlərinin isə bina dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildikdən sonra veriləcəyini deyib. Onun sözlərinə görə, bu proses başa çatdıqdan sonra jurnalistlərə evlərin sənədlərinin verilməsinə başlanılacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 146 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu” qaydalarının və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31.05.2004-cü il tarixli, 116 saylı sərəncamının tələblərinə əsasən, binalarda yerləşən sahələrin mülkiyyət hüququ əsasında qeydiyyata alınması yalnız həmin binaların dövlət qəbulu komissiyası tərəfindən istismara qəbulundan sonra mümkün ola bilər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info