“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”
Tarix: 01.03.2019 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Laləndar Novruzova: “Bizi digər qürurlandıran hadisə isə festivalın jurnalında “Me Marelli” haqqında olan bölməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın milli geyimdə şəklinin olması oldu”
Xəbər verildiyi kimi, bugünlərdə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində- Çabaharda təşkil edilən 8-ci Fajr Beynəlxalq Moda və Geyim festivalı keçirilib. Festivalda ölkəmizi yeganə olaraq “Me Marelli” moda evinin həmsədri (digər sədr Məryəm Əliyevadır), “Mədəniyyətlərin təbliği və xalq yaradıcılığına dəstək” İctimai Birliyinin isə sədri Laləndar Novruzova təmsil edib. Laləndar Novruzova festivalla ilə bağlı öz təəssüratlarını özəl olaraq “Palitra”ya bildirib. Qeyd edək ki, Laləndar Novruzova Mədəniyyət Nazirliyinin təşkil etdiyi Respublika sərgilərində "Milli Qadın Geyim Dəsti" əsərləri ilə iştirak edib və Fəxri Fərmanlarla təltif olunub. “Me Marelli” isə 10 dekabr 2018-ci ildə Pulman Oteldə keçirilmiş “Wedding Fashion” yarışmasında ilin moda evi seçilib. Laləndar Novruzova və Məryəm Əliyeva Türkiyə, Rusiya və ABŞ-da moda sərgilərinin aktiv iştirakçıları olublar. Laləndar və Məryəm xanımlar peşəkar səviyyəni hər zaman artırmaq üçün mütəmadi olaraq beynəlxalq seminarlarda iştirak edirlər.
Hazırda Laləndar Novruzova Respublika İncəsənət Gimnaziyasının Təsviri sənət bölməsində müəllimə olaraq sənət və pedaqoji fəaliyyətini davam etdirir. Azərbaycan Rəssamlar İttifaqının və "Qadınlar Cəmiyyəti”nin aktiv və daimi üzvü və "Mədəniyyətin təbliği və xalq yaradıcılığına dəstək" ictimai birliyin sədridir. Məryəm Əliyeva isə Türkiyənin Beykent Universitetinin Tekstil, moda və dizayn fakültəsində təhsilini davam etdirir.
-Öncə festivalla bağlı təəssüratlarınızı bilmək istərdik.
- 13-17 fevralda İranın cənub-şərqindəki Sistan və Bəlucistan Əyalətində-Çabaharda təşkil edilən 8-ci Fajr Beynəlxalq Moda və Geyim festivalına Azərbaycanı təmsilən xüsusi dəvət aldıq. Fürsətdən istifadə edib İranın Azərbaycandakı səfirliyinə, o cümlədən İran Mədəniyyət Mərkəzinə bu dəvətə görə təşəkkür edirəm.
Festivaldan çox razı qaldıq. Bizi çox böyük hörmətlə qarşıladılar. Festivalın təşkilatçılığı da çox gözəl idi. Bizə festivaldan əlavə gəzinti də təşkil edildi. Bölgənin gəzməli-görməli yerlərinə bizi apardılar. İranlıların əl işləri ilə də tanış olduq. Onların özlərinəməxsus maraqlı əl iləri var idi.
-Festivalda hansı ölkələr iştirak edirdi?
-8-ci Fajr Beynəlxalq Moda və Geyim festivalına 20 ölkə qatılmışdı. Beynəlxalq festivalda Azərbaycan, Kanada, İtaliya, Fransa, İspaniya, Çin, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Suriya, Oman, Tunis, İraq, Pakistan, Hindistan və digər ölkələrin təmsilçiləri iştirak edirdilər.
-Siz festivalda hansı formalı geyimlərimizi nümayiş etdirdiz?
- Festivalda həm müasir, həm də milli geyimlərimiz nümayiş olundu. Bu möhtəşəm festivalda “Me Marelli” komandası olaraq öz milli geyimlərimizlə Azərbaycanı layiqincə təmsil etdik. Azərbaycanımızı bu böyük beynəlxalq festivalda təmsil etdiyimiz üçün qürur hissi keçiririk.
Bizi digər qürurlandıran hadisə isə festivalın jurnalında “Me Marelli” haqqında olan bölməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, hamımızın sevimlisi Leyla Əliyevanın milli geyimdə şəklinin olması oldu. Müasir və gənc Azərbaycan xanımları öz milli adət-ənənələrinə, dəyərlərinə, həmçinin milli geyim ənənəsinə hörmətlə yanaşır və bu ənənəni yaşadırlar. Bizi ilhamlandıran və ruhlandıran da məhz bu xüsusiyyətdir. Milli geyimlərimiz bizim sərvətimiz və tarixi yaddaşımızdır.
-Bizim geyimlərə orada maraq necə oldu?
- Milli geyimlərimizə maraq daha çox idi. Milli geyimlərimiz festivalda hər kəs tərəfindən çox bəyənildi. Əl işlərimizi çox sevdilər. Xüsusən milli geyimlər üzərində olan folklor tipli toxumalara böyük maraq oldu.

Fuad Hüseynzadə









 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info