Amnistiya aktı iki mindən artıq məhkuma tətbiq edilib
Tarix: 24.07.2013 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cari ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin, cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin və insan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin məsul əməkdaşları iştirak ediblər. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbirdə Xidmətin 2013-cü ilin altı ayı ərzindəki fəaliyyətindən danışıb. Qeyd edilib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə olunub. Eyni zamanda, mövcud nöqsanların aradan qaldırılması üzrə, eləcə də “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər davam etdirilib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin cari il mayın 7-də qəbul etdiyi “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının vaxtında və dürüst icrası üçün bütün zəruri tədbirlər həyata keçirilib və iki mindən artıq məhkuma tətbiq edilib. Qeyd edilib ki, Penitensiar Xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ədliyyə naziri Fikrət Məmmədov müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqları şəxsi heyətin nəzərinə çatdıraraq onların qısa müddət ərzində aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini tapşırıb. Nöqsanların aradan qaldırılması ilə əlaqədar Penitensiar Xidmət üzrə bütün xidmət sahələrini əhatə edən tədbirlər planı təsdiq olunub və əsasən icra edilib.
Diqqətə çatdırılıb ki, penitensiar müəssisələrin əməkdaşlarının respublikanın hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarısı ərzində 132 müxtəlif cinayətin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Cari ilin birinci yarısında penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1636 manat pul, 105,5 litr spirtli içki, 321 mobil telefon, 82,6 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb. Tədbirdə hesabat dövrü ərzində Penitensiar Xidmətin 51 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.
Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri çıxış ediblər. M.Quliyev vurğulayıb ki, cari ilin birinci yarısında qarşıda duran vəzifələr Xidmət və onun tabe qurumları tərəfindən əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info