Aqil Acalov Azərbaycan Brazilya Jiu-Jitsu Klubu İctimai Birliyinin prezidenti seçilib
Tarix: 04.03.2019 | Saat: 11:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinə prezident seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin yeni prezidenti Aqil Acalov olub. Qeyd edək ki, Aqil Acalov həm də Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasının prezidentidir. Bundan başqa federasiyanın vitse-prezidenti Murad Cəfərov da Azərbaycan Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin vitse-prezidenti seçilib. Tədbiri giriş sözü ilə açan Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin təsisçisi Taleh Həsənov bu idman növünün atrıq 2006-2007-ci illərdən Azərbaycana gəldiyini vurğulayıb. 2010-cu ildə İstanbulda seminarda iştirak edən Taleh Həsənov Azərbaycana qayıtdıqdan sonra 2012-ci ildə bu klubu təsis etdiyini deyib. Azərbaycan Respublikası Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin yarandığı gündən bu yana bu idman növünün ölkəmizdə yayılması üçün böyük işlər görülüb. Klubun artıq bir çox rayon və şəhərlərdə, həmçinin bir neçə xarici ölkədə də məktəbləri mövcuddur. Hər il respublika səviyyəsində bir çox yarış və birinciliklər keçirilir. Artıq beynəlxalq arenada da klub özünü göstərə bilmiş və beynəlxalq yarışlarda uğur əldə etmiş idmançıların yetişdirilməsinə nail olmuşdur. Daha sonra tədbirdə çıxış edən Aqil Acalov bu idman növünün dünya miqyasında kifayət qədər populyar bir brend olduğunu vurğulamış, bundan sonra da bu idman növünün ölkəmizdə yayılması üçün əlindən gələni edəcəyini deyib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
23.09.2020
Suares “Barselona” ilə vidalaşdı
23.09.2020
“Barselona“ ingilis futbolçu ilə razılığa gəldi
22.09.2020
“Barselona“ daha bir futbolçusunu satdı
22.09.2020
İtaliyada futbol hakimi öldürülüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info