Novruz yarmarkasında AQTİ-nin mobil laboratoriyaları fəaliyyət göstərəcək
Tarix: 04.03.2019 | Saat: 11:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması prosesində qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir. Fəaliyyətini müasir innovativ standartlara uyğun şəkildə quran İnstitut, müxtəlif korporativ təşəbbüslərə də yaxından dəstək verir.
Belə ki, Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunacaq yarmarkada kənd təsərrüfatı məhsullarının qida təhlükəsizliyi standartlarına uyğunluğu, təhlükəsizlik və keyfiyyət göstəriciləri AQTİ-nin mobil laboratoriyalarında yoxlanılacaq. Müayinələr İnstitutun təcrübəli və peşəkar laboratoriya mütəxəssisləri tərəfindən aparılacaq.
Məqsəd vətəndaşları təhlükəsiz bayram məhsulları ilə təmin etməkdir.
Yarmarka dövrü meyvə-tərəvəzlərdə, çərəz və qurudulmuş meyvələrdə, turşularda, bal və s. qida məhsullarında təhlükəsizlik göstəriciləri tam nəzarətdə saxlanılacaq, məhsullar yalnız laboratoriya yoxlamasından keçdikdən sonra satışa buraxılacaq.
Qeyd edək ki, ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində keçirilən “Kənddən Şəhərə” adlı yarmarkada da qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri AQTİ-nin səyyar laboratoriyalarında yoxlanılmışdı.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib
23.09.2020
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
23.09.2020
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar
23.09.2020
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
23.09.2020
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info