“Azneft” İstehsalat Birliyinin baş direktoru Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşüb
Tarix: 04.03.2019 | Saat: 12:03:00 | E-mail | Çapa göndər


“Azneft” İstehsalat Birliyinin (İB) rəhbərliyi Bakı Ali Neft Məktəbində (BANM) olub. Ali Məktəbdə tələbələrlə keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov və professor-müəllim heyəti, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, baş direktorun müavinləri Ədalət Emilnov, Mehdi Vəliyev, Cəlair Səmədov, İnsan resursları departamentinin əməkdaşları, həmçinin digər struktur bölmələrinin rəisləri iştirak ediblər. BANM-ın rektoru Elmar Qasımov “Azneft” İB-nin rəhbər nümayəndələrini BANM-da salamlayaraq bildirib ki, Ali Məktəbin tələbələri 2-ci kursdan başlayaraq istehsalat təcrübələrinə başlayır və “Azneft” İB-nin, eləcə də onun idarələrinin bu proqramların təşkil olunmasında rolu böyükdür. “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov rektor Elmar Qasımova tələbələrlə görüş imkanının yaradılmasına görə təşəkkür edib və iştirakçılara “Azneft” İB-nin fəaliyyəti, iş prinsipləri, struktur bölmələri və işlənilən layihələr haqqında məlumat verib. Daşqın İskəndərov tələbələrə böyük maddi-texniki bazaya, hər cür şəraitə malik kampusda təhsil aldıqlarına görə çox şanslı olduqlarını bildirib. Tədbirdə həmçinin Azneftin İstehsalat şöbəsinin rəisi Pərviz Əhmədov və Əmirov adına neft-qaz çıxarma idarəsinin rəisi Ramin Quliyev çıxış edərək əməkdaşlıqla bağlı təkliflərini irəli sürüblər. BANM-ın məzunu, hazırda “Azneft” İB-nin qazma departamentinin böyük mühəndisi Mustafa Əsgərov tələbələrlə öz uğur hekayəsini paylaşıb və müəssisədə karyera imkanları, karyera hazırlığı, inkişaf mərhələlərindən danışıb. BANM-ın sonuncu kurs tələbələri müəssisənin rəhbərliyinə istehsalat təcrübəsi və karyera ilə bağlı onları maraqlandıran suallar ünvanlayıblar. Görüşün sonunda rektor Elmar Qasımov “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərova Tələbələrin istehsalat təcrübələri və karyera imkanlarının yaradılmasında verdiyi töhfələrə görə təşəkkür edib və ona Ali Məktəbin “Fəxri qonaq” plaketini təqdim edib. Qonaqlar həmçinin BANM-ın kampusuna tur edərək buradakı infrastrukturla yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
UNEC-də mentorluq fəaliyyətində yeni mərhələ: Türkiyə təcrübəsi
21.09.2019
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
20.09.2019
Mehriban İmanova Prezident yanında Elmin İnkişafı Fonduna icraçı direktor təyin edildi
20.09.2019
Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru BDU-ya rəsmi səfərə gəlib
20.09.2019
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info