Krasnoyarskda keçirilən “Ümumdünya Qış Universiadası-2019“ günlərində soydaşlarımız Azərbaycanın təbliğatını aparır
Tarix: 04.03.2019 | Saat: 12:11:00 | E-mail | Çapa göndər


Martın 2-də Rusiya Federasiyasının Krasnoyarsk şəhərində "Platinum Arena"da "Ümumdünya Qış Universiadası-2019"un açılışı olub. Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, Beynəlxalq Tələbə İdman Federasiyasının prezidenti Oleq Matıçin və bir çox ölkələrin idman nazirləri, o cümlədən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov, Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya ilə iş sektorunun müdiri Tural Səfərov, Moskvada aktiv diaspor üzvü, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə və digər qonaqlar iştirak ediblər.
İlk olaraq Pezident Vladimir Putin hər kəsi salamlayarаq Universiadanı açıq elan etdi: "Krasnoyarskya, böyük Yenisey çayının sahillərinə, dünyanın müxtəlif ölklərinin tələbələri idman festivalı, gənclik və dostluq festivalı, ağır və sağlam mübarizəyə gəliblər.
Dünyadakı onlarla ölkənin minlərlə idmançısı öz bacarıqlarını, gücünü, sürətini, dözümlülüyünü və möhkəm xarakteri və hörmətini göstərmək iradəsini nümayiş etdirəcək. Əminəm ki, bu günləri hər biriniz bir ömür boyu xatırlayacaqsınız və əlbəttə ki, bu Universiada dünya idmanının tarixinə parlaq bir səhifə olaraq düşəcək".
Beynəlxalq Tələbə İdman Federasiyasının prezidenti Oleq Matıçin də təmsil etdiyi qurum adından bütün qonaqları salamladı: "Krasnoyarskda keçiriləcək XXIX Qış Universiadası beynəlxalq tələbə hərəkatının ildönümlərində yeni bir səhifə açır. 70 illik tarixində ilk dəfə olaraq Qış Universiadası Rusiyaya gəlir. Rusiya, gələcək nəsillərin sağlamlığı dövlət prioritetləri olduğu üçün etibarlı tərəfdaş kimi öz nüfuzunu təsdiqlədi". Sonra açılış mərasimindən Yenisey sahillərində yaşayan xalqların orijinal mədəniyyəti və həyat tərzi nümayiş olundu. Əsas diqqət Sibir mədəniyyətinin müxtəlifliyinə əsaslanırdı. Daha sonra "Qış Universiadası-2019"un səfirləri, iki dəfə Olimpiya çempionu Svetlana Xorkina və 10 dəfə dünya çempionu Sergey Lomanov tələbə oyunlarının məşəlini alovlandırdılar.
Ardınca Atletlər Paradına start verildi. Qeyd edək ki, bu Universiadada 58 ölkədən olan rekord sayda idmançı iştirak edir. Ən çox sayda heyət isə Rusiya (293 idmançı), İsveçrə (99 idmançı) və Çin (79 idmançı) milli komandalarına aiddir.

Krasnoyarskda Universiada Parkında Azərbaycan Evi yaradılıb

Qeyd edək ki, Universiada çərçivəsində Krasnoyarskda yaşayan müxtəlif xalqların nümayəndələrinə tantım üçün park ayrılıb. Hər bir xalqın mümayəndələri onlar üçün ayrılmış meydançada öz tarixlərini, mədəniyyətlərini və s. tanıdırlar. Krasnoyarskdakı Azərbaycan diasporu da bu baxımdan fəallıq göstərirlər.
Universiada günlərində soydaşlarımız tərəfindən Azərbaycanın təbliğat aparılır. Belə ki, Krasnoyarskda Universiada Parkında bir çox ölkələrlə yanaşı, Azərbaycan Evi də yaradılıb. Burada Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, musiqi alətləri və s. ilə bağlı suvenirlər nümayiş edilir və təqdimatlar keçirilir. Eyni zamanda Azərbaycan Evinin qarşısında Qız qalasının maketi və Azərbaycanın milli musiqi alətləri nümayiş olunur.

Krasnoyarskdakı Azərbaycan diasporunun üzvləri təltif edilib

Yeri gəlmişkən, Krasnoyarskdakı Azərbaycan diasporunun üzvlərinin bu və digər fəaliyyətləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən qiymətləndirilib. Belə ki,
Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov millətlərarası münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyi töhfəyə və Krasnoyarsk vilayətində uzun illər məhsuldar diaspor fəaliyyətinə görə DİDK sədri Fuad Muradov tərəfindən Fəxri fərmanla təltif olunub.
"Odlar yurdu" ansamblının bədii rəhbəri Aqil Cəfərov isə Krasnoyarsk vilayətində Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və inkişafında uzunmüddətli fəaliyyətinə görə DİDK sədri Fuad Muradov tərəfindən Fəxri fərmanla təltif edilib. Fəxri fərmanları diaspor üzvlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya ilə iş sektorunun müdiri Tural Səfərov təqdim edib.
Tural Səfərov DİDK sədrinin salamlarını diaspor üzvlərinə çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Öz növbəsində diaspor üzvləri də göstərdiyi diqqətə görə DİDK sədrinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, təqdimat mərasimində Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavini Həsimi Həsənov, Novosibirski vilayətinin Gənclər təşkilatının sədri Rüfət Tağıyev və digər aktiv diaspor üzvləri iştirak ediblər.

Əkbər Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
16.09.2019
“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info