“Bakcell”in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir
Tarix: 04.03.2019 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan “Bakcell” abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil internet xidmətlərindən yararlana bilirlər. Qeyd edək ki, 1700-dən artıq 4G stansiyası sayəsində “Bakcell” şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE şəbəkəsinə malikdir.
“Bakcell” 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan iri həcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən artıq 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə veriləcək.
“Bakcell” öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.
“Bakcell” şirkəti bazarda lider mövqeyini daha da gücləndirmək və xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədilə Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələr yatırır. Məqsədimiz odur ki, 4G xidmətlərimiz bütün ölkə ərazisində təmin olunsun. Buna görə də şəbəkəmizin əhatə dairəsi və keyfiyyətinin artırılmasına yönəlmiş işlər davam etdiriləcək”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil internet sürətinə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə “Bakcell” “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, “Bakcell” şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
“Bakcell” özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin genişləndirilməsi və modenrnizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info