Ən yüksək uzunömürlülük cənub bölgəsi və Dağlıq Qarabağ rayonlarındadır
Tarix: 04.03.2019 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


Uzunömürlülük indeksinin aşağı olduğu ərazilər isə Mingəçevir, Abşeron yarımadası, Göyçay, Ucardır

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu uzunömürlülük indeksinin aşağı və yüksək olduğu ərazilərin adlarını açıqlayıb. Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova Trend-ə deyib ki, Azərbaycanda ən yüksək uzunömürlülük indeksi cənub bölgəsi və Dağlıq Qarabağ rayonlarında qeydə alınır. Uzunömürlülük indeksinin aşağı olduğu ərazilər isə Mingəçevir, Abşeron yarımadası, Göyçay, Ucardır: “Elə hesab edilir ki, Qəbələ Radiolakasiya Stansiyası (RLS) Qəbələ əhalisinin sağlamlığına təsir edir. Bu, əslində səhv fikirdir. Qəbələ rayonu RLS-in arxa hissəsindədir, stansiyanın əsas - ön hissəsi Uçar, Ağdaş, Göyçay rayonlarına doğru olduğundan şüalanma bu ərazilərə düşür. RLS intensiv işləyəndə Qəbələnin İsmayıllıya yaxın kəndlərində uzunömürlülük indeksi aşağı düşürdü. İvanovka kəndinin sakinləri də RLS-in fəaliyyətindən narazı idilər. İndi RLS-in fəaliyyəti dayandığından İvanovkada uzunömürlülük indeksi artıb”. S.Hüseynova qeyd edib ki, uzunömürlülük nəsillə davam edə bilsə də, ekoloji amillərin də təsiri var: “Apardığımız tədqiqatlardan məlum olub ki, uzunömürlülük populyativdir, yəni populyasiya şəklindədir. Müəyyən nəsil var ki, onlar uzunömürlüdürlər. Əgər ekoloji mühit yaxşı olarsa, həmin nəsildə bu gen itməyərək nəsildən-nəslə ötürülür. Amma babası, nənəsi, atası uzunömürlü olan şəxs ekoloji mühiti pis olan ərazidə yaşayırsa, təbii ki, bu amil onun ömür uzunluğuna mənfi təsir edir”.
Xatırladaq ki, ötən ilin əvvəlinə olan məlumatlara əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info