İnformasiya savaşında yeni qlobal sistem yaradılır
Tarix: 04.03.2019 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


ABŞ-ın Rusiya təsirinə qarşı pilot layihə kimi yaz aylarında Gürcüstan, Baltikyanı və Balkan ölkələrində yaradacağı mərkəzlərin işinə yerli QHT və KİV orqanları cəlb ediləcək


Rusiyanın “İzvestiya” nəşri ABŞ-ın 2019-2020-ci illər üçün bütün dünya üzrə Rusiya informasiya təsirinə qarşı qlobal sistem yaradacağı ilə bağlı geniş analitik məqalə dərc edib. Həmin məqalədə qeyd edilir ki, Vaşinqton dünya üzrə Rəqəmsal Araşdırmalar üzrə Milli Mərkəzlər şəbəkəsi yaradacaq və onun işinə yerli QHT-lər KİV orqanlarını cəlb edəcək. Üç pilot layihənin yaz aylarında Gürcüstan, Baltikyanı və Balkan ölkələrində fəaliyyətə başlaması nəzərdə tutulub. Xüsusi monitorinq qrupları Moskvanın “seçki prosesinə müdaxiləsi” ilə bağlı faktları üzə çıxarmaqla məşğul olacaq. Yeni sistem bu ay Ukraynada keçiriləcək prezident seçkiləri və may ayında Avropa parlamentində keçiriləcək Brexit səsverməsində sınaqdan keçirəcək. “İzvestiya” nəşri yazır ki, Gürcüstan, Baltikyanı və Balkan ölkələrində aprel-may aylarında fəaliyyətə başlayacaq mərkəzlərin əsas işi həmin dövlətlərin ictimai fikrində Rusiya faktoruna qarşı mübarizə aparmaq olacaq. Mərkəzlərin fəaliyyətə başlayacağı ölkələrdə Rusiyaya qarşı müsbət fikirdə olan əhali qrupları var. Yeni fəaliyyətə başlayacaq mərkəzlərin də məhz həmin əhali qruplarında olan tendensiyalar qarşı mübarizə aparması nəzərdə tutulur. 2020-ci illə bağlı plan daha böyükdür. Vaşinqtonun yaradacağı bu mərkəzlər Qazaxıstan, Moldova, Tayvan, Şri-Lankada keçirilcək prezident, Gürcüstan, Litva və Çernoqoriyada keçiriləcək parlament seçkilərində “xüsusi monitorinqlər” keçirəcəklər. Həmin mərkəzlərin fəaliyyətinin koordinasiyasını həyata keçirəcək mərkəzi qərargah Vaşinqtonda yerləşəcək. Həmin mərkəzlər yerli QHT və KİV orqanları ilə əməkdaşlıq etməyi nəzərdə tuturlar. İşə nəhəng İT şirkətlərinin – əsasən də “Facebook”, “Twitter” və “Google”un da cəlbi planlaşdırılır. Xüsusi mənbələrdən “İzvestiya” nəşrinə bildiriblər ki, bu işin qurulması üçün milyonlarla dollar vəsait ayrılacaq. Mərkəzlər ilk növbədə Vaşinqtonun müttəfiqi olan ölkələrdə, eləcə də ABŞ-ın marağı olan digər ölkələrdə Rusiya təsirinə qarşı mübarizə aparmalıdır. Moskvadakı Amerika Universitetinin rəhbəri Eduard Lozanskiy nəşrə açıqlamasında belə layihələrin sayının çox olduğunu bildirib: “Dövlət Departamenti Rusiyaya qarşı informasiya müharibəsi üçün artıq 120 milyon dollar ayırıb. NATO-nun bu istiqamətdə ayırdığı büdcə var. Demokratiya üzrə Milli Fondu da yaddan çıxarmaq lazım deyil”. Çernoqoriya parlamentinin deputatı Milan Knejeviç “İzvestiya” nəşrinə bildirib ki, belə mərkəzlərdən birinin Çernoqoriyada açılması nəzərdə tutulur: “Əgər, belə bir mərkəz açılarsa, bu, antirusiya isteriyasının davamı olacaq. Çernoqoriyada hamı bilir ki, Rusiyanın düşmənləşdirilməsi ilə bağlı məlumatların mənbəyi Vaşinqtondur. Belə mərkəzlərin yaradılması Rusiya ilə münasibətlərin normallaşması yolunda yeni baryerlər formalaşdırır”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info