Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərlə görüş keçirilib
Tarix: 04.03.2019 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev Bakı İdman Sarayında Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər. Tədbir iştirakçıları xüsusi olimpiyaçıların təlim-məşq prosesinə baxıblar. Sonra atletlər nümunəvi çıxışlar nümayiş etdiriblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və gənclər və idman naziri Azad Rəhimov və Avropa xüsusi yay Olimpiya oyunlarının qalibi və mükafatçısı Həbib Tağıyevlə stolüstü tennis oynayıblar. Tədbir “Qayğı Sağlam Nəsil” ictimai birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin yeniyetmə və gənclərinin iştirakı ilə hazırlanmış əyləncəli tamaşa proqramı ilə davam edib. Martın 14-dən 22-dək keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən çox ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiyaçı iştirak edəcək. Azərbaycan oyunlarda 56 idmançı ilə 10 idman növündə təmsil olunacaq. Xüsusi Yay Olimpiya Oyunları İlk dəfə 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Bu oyunlar xüsusi qayğıya ehtiyacı olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan qlobal inklüzivlik hərəkatdır. Azərbaycanın xüsusi olimpiyaçıları da həmin oyunlarda iştirak edərək böyük nailiyyətlər qazanıblar. Atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info