Problemli kreditlərin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib
Tarix: 04.03.2019 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Problemli kreditlərin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından bildrilib ki, palatanın rəsmi internet səhifəsinə (www.fimsa.az) giriş edən hər bir vətəndaş “Ana səhifə”də əks olunan “PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a (https://pk.fimsa.az/az) daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və “21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar. Qeyd edək ki, digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir. Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar palatanın “966 Çağrı mərkəzi”nə, sisial şəbəkə səhifələrinə, həmçinin saytın “Əlaqə” alt-bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info