Mixail Zabelin Ermənistanın Rusiyadakı səfirinə açıq məktub göndərib
Tarix: 04.03.2019 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin rusiyalı deputatların Bakıda keçirilən yürüşdə iştirakına görə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vardan Toqayanın hiddətlənməsi ilə əlaqədar ona açıq məktub göndərib. AZƏRTAC məktubu təqdim edir: “Cənab səfir. Təəssüf ki, siz haqlısınız. Rusiya dövləti Ermənistana həmişə ciddi kömək göstərib və göstərir, onu dəstəkləyib və dəstəkləyir. Rusiyanın sayəsində Ermənistan dövlətinin və erməni xalqının sosial-iqtisadi vəziyyəti hələ “mövcudluğunu” davam etdirir və “o, köpəyoğludur, amma bizim köpəyoğludur” prinsipi əsas götürülməklə Ermənistana hər şeyi bağışlayırlar.
Rusiyalı bir sıra parlamentarilərin və bəzi ictimai xadimlərin mövqeyinə görə sizin hiddətlənməyinizin səbəbi tamamilə aydındır, axı onlar Ermənistandan icazə istəmədən Xocalı faciəsinin qurbanlarına abidə önünə çiçəklər qoymağı, qolları heç bir təqsiri olmayan Xocalı sakinlərinin – qocaların, qadınların və uşaqların qanına dirsəyə qədər bulaşmış erməni nasistlərin hərəkətlərinə obyektiv münasibət bildirməyi özlərinə rəva görüblər. Ermənistanın faşist ideologiyasının və Rusiyaya qarşı mübarizənin rəmzinə çevrilmiş nasist cani Qaregin Njdenin timsalında nasizmin təriflənməsinə və qəhrəmanlıq kimi qələmə verilməsinə görə monomillətli, millətçi Ermənistanı kim qınaya bilər?! Ermənistanda rus əhalinin və rus dilinin sıxışdırılmasına, rus məktəblərinin bağlanmasına görə Ermənistanı kim qınaya bilər?! “Dənizdən dənizə böyük Ermənistan” kimi şovinist və “böyük millətçilik” arzusu naminə terrorizmə, qonşu dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə görə Ermənistanı kim qınaya bilər?! Siz Rusiya ilə “dostluq və səmimi münasibətlər körpüləri salınması” barədə danışanda yəqin ki, Ermənistanın bu siyasətini nəzərdə tutursunuz.
Xoşbəxtlikdən, böyük Rusiyada nasist ideologiyasını əsas tutan Ermənistanın şovinist, millətçi siyasətinin nəyə gətirib çıxara biləcəyini anlayan siyasətçilər və ictimai xadimlər çoxdur və Rusiyanın “öz köpəyoğlusunun” hərəkətlərinə səbri tükənməz deyil”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
26.09.2020
Cəbhə xəttindən uzaq durun
25.09.2020
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
25.09.2020
Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib
24.09.2020
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info