Hər səhər bir fincan yaşıl çay için
Tarix: 04.03.2019 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Yaşıl və qara çay eyni koldan yığılsa da, fərq yalnız çay yarpaqlarının emalındadır. Qara çay xüsusi şəraitdə qurudulur və bunun nəticəsində onun tərkibi bir qədər dəyişərək fermentasiya olunur. Yaşıl çay isə xüsusi emala məruz qalmır, onun istehsalı zamanı yarpaqlar soldurulmadan kəskin su buxarına verilərək qurudulur. Belə emal nəticəsində yaşıl çay yarpağının tərkibindəki xlorofil, aşı maddələr və S vitamininin miqdarı azalmır. Ona görə də isti və quru iqlim şəraitində yaşıl çay bədənin tonusunu və gümrahlığını yüksəldir, hətta az miqdarda içəndə də susuzluğun qarşısını alır və sərinlik bəxş edir.
Şərqdə min bir dərdin dərmanı sayılan yaşıl çay güclü antioksidant xüsusiyyətlərə malikdir, orqanizmi müxtəlif zərərli maddələrdən təmizləyir və nəticədə immun sistemi möhkəmlənir, insan cavanlaşır. Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici təsir göstərir və zəhərlənmə ilə uğurla mübarizə aparır. Alimlərin fikrincə, güclü mikrob əleyhinə təsirə malik olan yaşıl çay insanı fəallaşdırır, əqli və fiziki aktivliyi artırır, əhvali-ruhiyyəni qaldırır. Həkimlər onun axşam vaxtlarında qəbul edilməsini məsləhət görmürlər. Səhər tezdən içilən bir fincan yaşıl çay əmək qabiliyyətinin yüksəlməsinə səbəb olur. Yaddaşı və diqqəti artıran yaşıl çay sinir sisteminə müsbət təsir göstərir, depressiyadan çıxmağa kömək edir. Bundan başqa onun qəbulu həm də ürək-damar sistemi üçün faydalıdır, aterosklerozun əmələ gəlməsi riskini azaldır, arterial təzyiqi aşağı salır. Ona görə də hipotoniyadan əziyyət çəkənlərin yaşıl çay içməsi tövsiyə edilmir. Yaşıl çay damaq iltihabı profilaktikasında ən yaxşı vasitələrdən sayılır, üstəlik də gözəl kosmetik vasitədir. Antiseptik xüsusiyyətləri sayəsində üz dərisindəki səpgilərlə mübarizə aparır, dəriyə tonuslaşdırıcı təsir göstərir. Kosmetoloqlar onu soyuducuda xırda kub formasında dondurmaq və sonra həmin buzlarla üzü silməyi məsləhət görürlər. Yaşıl çay çini fincanda dəmlənilir, su çox qaynar olmamalıdır, çünki qaynar su çayın dadını və ətrini dəyişir. Yalnız təzə dəm içilməsi məsləhət görülən yaşıl çay süzüləndən sonra ona qaynar su əlavə olunur. (Azərtac)




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı
18.09.2019
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb
17.09.2019
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info