Qubada özünüməşğulluq proqramı çərçivəsində 150-yə yaxın ailə təsərrüfatı yaradılıb
Tarix: 04.03.2019 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Qubada özünüməşğulluq proqramı çərçivəsində 150-yə yaxın ailə dövlət dəstəyindən faydalanıb. Həmin ailələr mal-qara, şirniyyat və xalçaçılıq sexləri üçün müxtəlif aktivlərlə təmin olunublar. Proqramdan faydalananlar əvvəlcə iki aylıq təlim kurslarına cəlb olunaraq, biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Rayonun Ərməki kənd sakini İdris Süleymanov özünüməşğulluq proqramından faydalanaraq şəxsi təsərrüfatına sahib olub. İşsiz olduğu üçün məşğulluq mərkəzinə müraciət etdikdən sonra 2 baş iribuynuzlu heyvan əldə edib.
“Biz ata-babadan heyvandarlıqla məşğul olmuşuq. Ona görə istəyirdim iribuynuzlu heyvan saxlayım. Qazancımla ailəmi təmin edim. Özünüməşğulluq proqramından faydalanmaq üçün müraciət etdim. Bir müddət təlimlərə cəlb olundum. Sonra məni həyətdə gördüyünüz iki iribuynuzlu heyvanla təmin etdilər. Tövlə şəraitim normal vəziyyətdədir. Yem, arpa, ot var. Gələcəkdə təsərrüfatımı genişləndirmək istəyirəm. Sonra mənə əlavə işçi qüvvəsi lazım olacaq. Bunun özü də dövlətə xidmətdir”, - deyə İdris Süleymanov bildirib. Özünüməşğulluq proqramından yararlananlardan biri də İradə Süleymanovadır. Proqram çərçivəsində iki baş iribuynuzlu heyvana sahib olub. İ.Süleymanova da heyvanların sayını çoxaltmağı və təsərrüfatını genişləndirməyi düşünür: “Bir müddətdir bu heyvanlar mənə verilib. Artıq inəyin biri balalayıb. Balanı da saxlayıb təsərrüfatımdakı hevanların sayını çoxaldacağam. Tövləm, öt tədarüküm var”.
Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilir. Hazırda Qubadan 800-ə yaxın vətəndaş öz biznes layihələri ilə özünüməşğulluq proqramından yaralanmaq üçün müraciət edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info