“Türk Hava Yolları” səyahət rahatlığını dəyişir
Tarix: 04.03.2019 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Qonaqlarını unudulmaz səyahət təcrübəsi ilə təmin edən “Türk Hava Yolları” aviaşirkəti sərnişinlər üçün yeni dizaynda “Yataq dəsti” təqdim edib. Yeni yataq kolleksiyası biznes sinif sərnişinlərinə buludların üzərində olarkən özlərini evdəki kimi hiss etmələrini təmin edəcək.
“Türk Hava Yolları” və “Zorlu Tekstil” şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində nüfuzlu dizaynerlərin imzasını daşıyan kolleksiyanın məqsədi yatmaq üçün sağlam və yüksək keyfiyyətli mühit yaratmaqdır.
Zərif xətləri rahatlıqla birləşdirən yeni dəstin bütün parçaları sərnişinlərin uçuşlarını xoşbəxt və sağlam vəziyyətdə başa çatdırmaq üçün onların rahatlıq gözləntilərini qarşılayır. Kolleksiyanın yeni dizaynı “Türk Hava Yolları”nın dinamik marka fərdiliyini təmsil edən “Flow” fəlsəfəsini əks etdirir. Kolleksiyanın materialları müasir və minimalist dizayna üstünlük verməklə onların komfortu və yuxuya kömək edə bilməsi üçün seçilib. Kolleksiyanın naxışları, həmçinin görünüşü yeni kabin formasını və interyeri xatırladır.

“Flow yataq dəsti”nə yorğan, döşək və yastıq daxildir. Yorğan ikitərəfli dizaynlı yumşaq teksturaya malikdir. Məhsul 4 fəsil ərzində ideal temperaturu saxlamağa malikdir. Bundan başqa, həm oturmaq, həm də yatmaq üçün istifadə oluna bilən yastıq rahat materialdan ideal ölçü və klassik formada hazırlanıb.

“Yeni evimiz sayılan İstanbulun yeni aeroportu ilə birlikdə keçdiyimiz dəyişikliyə yeni innovasiyalar əlavə etməyə davam edirik. Sərnişinlərimiz innovasiya sayəsində yuxularında bizim “Yataq dəsti”mizlə keyfiyyətli yuxu ala biləcəklər. Uzunmüddətli tədqiqat və inkişafdan sonra dizayn və rahatlığı ilə unikal təcrübə yaşadacaq məhsulumuzu təqdim etdik. Biznes sinif sərnişinlərimizə qitələrarası səyahətlərində ev rahatlığı təqdim etməkdən məmnunuq”, - deyə “Türk Hava Yolları”nın vitse-preizdenti Deniz Çukur bildirib.





 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info