İki aylıq körpə üzərində ürək əməliyyatı
Tarix: 04.03.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


İki aylıq körpə üzərində aparılan ürək əməliyyatı onu yenidən həyata qaytarıb.
Anası bir həftə əvvəl doğulmuş Ramiqi Bərdə rayonunda kardioloqa aparıb müayinə etdirəndə körpəyə ağır anadangəlmə ürək qüsuru diaqnozu qoyublar. Uşağı Bakıya gətirərək müxtəlif xəstəxanalara üz tutublar. Həkimlər körpənin iyirmi gün ərzində təcili əməliyyat edilməsini, lakin onun yaşamaq ümidinin çox az olduğunu bildiriblər. Böyük arteriyaların transpozisiyası diaqnozu ilə doğulanların bədənə gedən damar sağ mədəcikdən, ağciyərlərə gedən damar isə sol mədəcikdən çıxır və bunun nəticəsində paralel qan dövranı yaranır. Həkimlər onun əməliyyat edilməsini məsləhət görüblər.
Mərkəzi Gömrük hospitalının ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkimlər briqadası həmin əməliyyatı aparmağı öz üzərinə götürüb. Altı saat davam edən ağır əməliyyatdan sonra xəstə reanimasiyada 20 gün süni tənəffüs aparatına qoşularaq yaşayıb. Cərrahların, eləcə də neonatoloq və reanimotoloqların birgə səyi ilə körpə yenidən həyata qaytarılıb. İki ayı yenicə tamam olmuş Ramiq Əlizadə əməliyyatdan sonra normal vəziyyətdə ailə üzvlərinə qovuşub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info