Müxalifətin insanları ləkələmək üçün yeni texnologiyası
Tarix: 04.03.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Son zamanlar dövlətin yürütdüyü uğurlu sosial siyasət, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin özünü daha qabarıq şəkildə göstərməsi bəzi antimilli qüvvələri narahat etməyə başlayıb. Ənənəvi müxalifət partiyalarını və xaricdə yaşayan bir qrup mühaciri, 5-ci kolonun fəalları: Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digərlərini bu sıraya aid etmək olar.
Şəhid olmuş vətəndaşlarımızın vərəsələrinə 11 min manat vəsaitin ödənilməsi məsələsinin tam şəkildə həllini tapmasından tutmuş, martın 1-dən şəhid ailələri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün məbləğinin artırılması, minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artımın olması və bunun da ümumilikdə 800 mindən çox insanın həyatına müsbət təsir göstərməsi kimi uğurlu sosial siyasət müxalif qüvvələrdə ciddi qıcıq yaradıb. Aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğində 50 faizlik artım olacağını, təxminən 100 minə yaxın tələbənin təqaüdünün əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də, problemli kreditlərlə bağlı inqilabi gedişlərin də edilməsini nəzərə alsaq, sözün həqiqi mənasında, dövlətin vətəndaşlar üçün gördüyü işləri öymək, önə çəkmək lazımdır. Amma bütün bu və digər böyük sosial islahatlar müxalifəti şişirdilmiş tənqidlər üçün əlində olan bəzi bəhanələrindən məhrum edir deyə, artıq qaragüruhçu qüvvələr sosial şəbəkələrdə saxta xəbərlər yaymağa başlayıblar. Hakimiyyət əleyhinə çirkin kampaniya aparan bu qüvvələr minimum əmək haqqının artırılması, pensiya islahatlarının həyata keçirilməsi və s. tədbirləri görməzdən gələrək, mövzu qıtlığı yaşayırlar desək, yanılmarıq. Yəni indi şişirdərək, sərt formada tənqid etməyə mövzu tapmayanda başlayıblar şər və böhtan dolu məlumatlar yaymağa. Məqsəd də ictimai fikrə mənfi yöndən təsir etmək cəhdidir. Buna misal olaraq Məhəmməd Mirzəlinin idarə etdiyi “Made in Azerbaijan” adlı səhifədə yalan dolu məlumatların yayılmasını göstərmək olar. Zatən bu səhifə zaman-zaman hakimiyyət, ayrı-ayrı məmurlar, millət vəkilləri, hətta ziyalılarımızın da əleyhinə böhtan xarakterli paylaşımlar edirdi. İndi isə hədəf üçün millət vəkillərindən biri seçilib. Elman Nəsirov haqqında kollaj düzəldib, paylaşım edən səhifə yalandan yazıb ki, guya deputat təklif edib ki, bayrağımız dəyişdirilsin. Heç bir mənbəyə istinad etmədən xalqda daim qıcıq yaratmağa çalışan bu adamlar bir daha göstərirlər ki, əməllərində, əsasən, şər atmağa üstünlük verirlər, böhtan yenə də öz işini görür... Təbii ki, bu cür paylaşımları görən bəzi gənclər onun mənbəyini soruşmadan dərhal şərhlər yazıb həmin şəxsi qınayacaq, mühakimə edərək ictimailəşdirəcəklər. Bu da sosial şəbəkələrin bizə verdiyi arzuolunmaz “azadlıqlardan” biridir. Amma bir qədər ağıllı olan şəxs dərhal adminə sual edər ki, axı özünə siyasətçi deyən bir adam belə xəbəri paylaşanda, xəbərin mənbəyini də göstərməlidir. Kollajla nə istəsən hazırlaya bilərsən. Buna küçə siyasəti də demək olar...
Bununla bağlı artıq Elman Nəsirov özü də mətbuata açıqlama verib və deyib ki, bu, xaricdə oturub Azərbaycan əleyhinə kampaniyalar aparanların növbəti çirkin əməlidir: “Oturublar xaricdə, onlara komanda gələn kimi başlayırlar qarayaxma, təhqir, söyüş, gözdənsalma kampaniyasına… Bu, mənə qarşı Fransaya sığınan Məhəmməd Mirzəli tərəfindən heç bir fakta söykənmədən edilən, həyata keçirilən qarayaxma, gözdənsalma kampaniyasıdır”.
Azərbaycanda təhqiri, söyüşü, böhtanı siyasətə gətirənlər artıq bu yeni texnologiyaları da tətbiq etməyə başlayıblar. Necə deyərlər, aşığın sözü bitəndə “nanay-nanay” deyər. Bu gün müxalifətin də sözü bitdiyi üçün yeni metodlara əl atırlar . Çalışırlar ki, insanlar “şok başlıqlara” görə məcburən onları izləsinlər, beyinləri “zəhərlənsin”. Bəli, məhz xaricdəki ağalarının təlimatı ilə indi də sosial şəbəkə istifadəçilərinin beynini bu formada böhtanlarla doldurmağa çalışırlar ki, ölkədə yürüdülən düzgün sosial-iqtisadi siyasəti təşviq edən ictimai xadimlər hədəfə alınsınlar. Xaricdə oturan müxalifətçilərin səhifələri ötən il prezident seçkilərində də öz seçimlərini sərbəst şəkildə dedikləri üçün ziyalılarımızı, xalqın sevimli sənətkarlarını belə ağır formada təhqir edirdilər... Bütün bunları xatırlatmaqda məqsədimiz odur ki, bu gün müxalifət, daha iyrənc yollara, üsullara əl atan bu agentura şəbəkəsinin üzvləri sosial şəbəkələrin verdiyi bəzi imkanlardan istifadə edərək xalqı yanlış istiqamətə yönəltməyə çalışırlar. Amma artıq Azərbaycan cəmiyyəti bu adamların bütün üzlərini görüb, böhtan kampaniyalarını öz daxillərində belə, bir-birilərinə qarşı iyrənc formada aparan müxalifət nümayəndələrinin heç birini ciddi siyasətçi hesab etmir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır
23.09.2020
Udin təşkilatının sədri Azərbaycanda etnik azlıqlar üçün yaradılmış şəraitə görə təşəkkür edib
23.09.2020
Ermənistanı bu səfər daha böyük bir məğlubiyyət gözləyir!
23.09.2020
“Ermənistan çirkin planlarından əl çəkməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq”
23.09.2020
Sahibə Qafarova: Ermənistan BMT-nin və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info