“Miqrasiya könüllüsü” layihəsinə start verilib
Tarix: 04.03.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində “Miqrasiya könüllüsü” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. DMX-dan verilən məlumata görə, 200-ə yaxın gəncin iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya könüllülərini səmimi salamlayaraq ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, onların inkişafı üçün yaradılan şəraitdən bəhs edib.
Ölkə Prezidentinin daim diqqətində olan bu sahədə görülən tədbirlərin başlıca amalı milli-mənəvi dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə düzgün istifadə edilməsidir. Qeyd edib ki, layihənin əsas məqsədi gənclərə yeni biliklər və təcrübə əldə etmək, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, Xidmətin fəaliyyətinə cəlb etməklə, onları bu sahə ilə daha yaxından tanış etmək imkanı yaratmaqdır. “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” şüarı ilə fəaliyyətə başlayan layihənin ən üstün cəhəti gələcəkdə həmin gənclərin təkcə könüllü kimi yox, həm də layihələrdə idarəedici liderləri kimi formalaşmasına dəstək verməkdir. Xidmət rəisi bildirib ki, gənclər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcək, əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq, miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək, gələcək karyera üçün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq, beynəlxalq tədbirlərdə iştirak etmək, eləcə də beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olmaq və bu prosesdə iştirak imkanı qazanacaq, yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olacaq və yeni dostlar qazanacaqlar. Sonra Xidmətinin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib, “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” layihəsinin təqdimatı edilib, Layihənin perspektivləri və qarşıda olan hədəflər barədə məlumat verilib. Həmçinin layihə çərçivəsində miqrasiya könüllülərinin “Facebook” səhifəsi də istifadəyə verilib. Tədbirin sonunda gənclərin çoxsaylı sualları cavablandırılıb və xatirə şəkilləri çəkilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info