“Dövlət Gömrük Komitəsi üçün Sanitar və Fitosanitar Nəzarət Tədbirlərinin İcrasında İdarələrarası Koordinasiya“
Tarix: 04.03.2019 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Martın 4-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Dövlət Gömrük Komitəsi üçün Sanitar və Fitosanitar Nəzarət (SPS) Tədbirlərinin İcrasında İdarələrarası Koordinasiya" üzrə seminar başlayıb.
Dövlət Gömrük Komitəsi və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti, Ümümdünya Ticarət Təşkilatı ilə birlikdə təşkil olunan seminarın məqsədi fitosanitar, sanitar və karantin, baytar nəzarəti sahəsində ABŞ-ın Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) çərçivəsində ən yaxşı təcrübələrin mənimsənilməsi, eləcə də beynəlxalq arenada istifadə olunan alətlərin öyrənilməsidir.
Seminarda Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd buraxılış məntəqələrində çalışan müfəttişləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edir.
Proqram haqqında iştirakçılara geniş məlumat verən CLDP-nin baş hüquq məsləhətçisi Meqan Makmillan Azərbaycanın biznes indikatorlarının son illərdə inanılmaz sıçrayışla irəlilədiyini bildirib.
ABŞ-ın Bakıdakı Səfirliyinin bölmə rəhbəri Castin Berq sanitar və fitosanitar tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və təlimin təşkilində göstərdiyi dəstəyə görə DGK-ya təşəkkürünü ifadə edib.
DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Gömrük prosedurlarının təşkili idarəsinin rəisi Pərviz Qədirov il ərzində mövzuyla bağlı 5 tədbir keçirildiyini və DGK-nın beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verdiyini bildirib. O da vurğulanıb ki, bu seminar qida təhlükəsizliyi ilə bağlı aidiyyatı qurumlar arasında səmərəli koordinasiyanın təşkilinə münbit şərait yaradacaq.
Üç gün davam edəcək seminarda ekspertlər tərəfindən iştirakçılara "Beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə cari təşəbbüslər", "Ticarət prosedurlarının sadələşdirilməsi və sanitar və fitosanitar tədbirlərin tətbiqinə dair saziş üzrə idarələrarasi koordinasiya", "Nəzarət üzrə qabaqcıl təcrübə və SPS prosedurlarının səmərəliləşdirilməsi" və digər mövzularda məlumat veriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info