Bakıda “Hackathon” müsabiqəsi təşkil ediləcək
Tarix: 04.03.2019 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Martın 11-dən 15-dək Bakıda ilk dəfə keçiriləcək “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və Yüksək Texnologiyalar Parkı tərəfindən “Hackathon” müsabiqəsi təşkil olunacaq. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov deyib. F.Fərmanov diqqətə çatdırıb ki, məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin təqdim olunmasıdır. Yarışlarda iştirak etmək üçün martın 7-dək qeydiyyatdan keçmək zəruridir. Yarışa komanda və ya fərdi şəkildə qoşulmaq mümkündür: “İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və sair) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik olmalıdır. Bütün maraqlı şəxslər (proqramçılar, sistem və ya şəbəkə inzibatçıları və s.) yarışda iştirak edə bilər. Müsabiqənin nəticələrinə əsasən birinci yer üzrə 4000 manat, ikinci yer üzrə 2000 manat, üçüncü yer üzrə isə 1000 manat pul mükafatı təqdim ediləcək”. Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib
14.12.2019
Prezident İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib
14.12.2019
Mehriban Əliyevanın sayəsində bizim üçün hər cür rahatlıq təmin edilib
14.12.2019
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13.12.2019
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirini təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info